19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Futbolçu kimi çempionluq yaşayanda bu qədər sevincli olmamışdım”

“Qarabağ”ın 19 yaşadək ibarət futbolçulardan ibarət komandası “Qəbələ”ni 3:1 hesabıyla məğlub edərək sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

Futbolxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Rəşad Sadıqov çempionluq haqda öz fikirlərini klubun rəsmi saytına bildirib:

“Çox sevincliyəm. Məşqçi kimi çempionluğu yaşadım, bu, mənim üçün fərqli, xoş hisslərdir. Çempionluq asan olmadı, “Neftçi”, “Qəbələ”, “Zirə” kimi güclü rəqiblərimiz var idi. İlk turdan son turlara qədər gərgin mübarizə getdi.

Şükürlər olsun, yaxşı nəticə əldə edə bildik. Futbolçularıma təşəkkür edirəm, ilk gündən sona qədər vuruşdular, inandılar. Mənə etimad göstərdiklərinə görə, klub rəhbərliyinə təşəkkürümü bildirirəm.

İstər U-12, istərsə U-13 və istərsə də U-19 komandasında olsun, bir yerdə “Qarabağ” adı varsa, bu böyük məsuliyyətdir. Yalnız birinci olmalısan deyə bir şey yoxdur, amma olduqda da adama xoş təsir bağışlayır”.

“Qarabağ”ın kapitanı məşqçi kimi qazandığı uğuru daha üstün sayıb:

“Futbolçu kimi çempionluq yaşayanda bu qədər sevincli olmamışdım. Məşqçi işi daha çətin və həyəcanlıdır. Çünki özün meydançada ola bilmirsən, kənardan izləmək, gedişata təsir etmək daha çox çətindir. Daha məsuliyyətli olmalısan ki, meydanda onun bəhrəsini görə biləsən”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30