25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Vernidub daha 1 il “Qəbələ”də

“Qəbələ” müdafiəçisi Vitali Vernidubla müqavilə müddətini uzadıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqaviləsi 2016-2017-ci illər mövsümünün sonunda başa çatan 30 yaşlı futbolçu daha bir il “qırmızı-qara” formanı geyinəcək.

Xatırladaq ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin şərəfini qoruyan Vernidub komandanın heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb.

O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 53 matçda 3 qol vurub. Ukraynalı müdafiəçi Premyer Liqada 25 oyunda 2, Avropa Liqasında 22 qarşılaşmada 1 dəfə fərqlənib, Azərbaycan kubokunda 6 matç keçirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30