29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Məmmədov: “8 komandadan çox mümkün deyil”

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışları davam edir. Futbolxeber.az-ın məlumatına görə, “A” qrupunda yer alan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk matçında Kamerunla 0:0 bərabərə qalıb. Matçdan sonra açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov əməkdaşımızın suallarını da cavablandırıb:
 
- Çətin oyun idi. O biri milli komandaların oyunlarına baxdım. Açığı,  Kamerun yığması güclü komandadır. Onlar fiziki baxımdan da güclüdürlər. Bizim komanda da yaxşı oyun göstərə bildi. İkinci hissənin ilk 20 dəqiqəsində yaxşı oyun nümayiş etdirdiklərini deyərdim. Onların da, bizim də qol imkanlarımız oldu. Lakin bu gün qol görmədik. Düşünürəm ki, futbol üçün gözəl oyun idi. 
 
- Əvvəl bütün biletlərin satıldığı deyilmişdi. Amma bu gün göründü ki, tribunalar yarıya kimi dolu idi…
- Bununla bağlı İslam Oyunlarının Təşkilat Komitəsinə müraciət edin. Çünki biletlərin satışı ilə bağlı onlar məsuliyyət daşıyırdı. 
 
- “Sektor 11” fan klubu tribunaya buraxılmadı. Onlara dedilər ki, balabanla futbolun keçirilməsinə mane olacaqsınız…
- Biz bu barədə eşitdik. Lakin bu barədə yenə də İslam Oyunlarının Təşkilat Komitəsinə müraciət etmək yaxşı olardı. Bu barədə buradakı protocol şöbəsinə öz fikrimizi bildirdik. Çünki onlar məsuliyyət daşıyırlar. Yəqin ki, onlar gələcəkdə nəzərə alarlar ki, baraban mane olmur. Ola bilər, biletsiz gəliblərmiş, ona görə buraxmayıblar. 
 
- Biletləri vardı…
- Vardı? Protokol şöbəsinə demişik. Onlara müraciət etsəniz, daha yaxşı olar. 
 
- Riçard Almeydanın pasport məsələsi həllini tapıb?
- Almeyda ilə bağlı gələn həftənin birinci günü FİFA-ya müraciət edəcəyik. Sonra isə növbəti 4 həftə ərzində FİFA-nın bu məsələrlə məşğul olan xüsusi komitəsi müvafiq qərar qəbul edəcək. 
 
- Belə çıxır, Almeyda Şimali İrlandiya ilə matçda oynaya bilməyəcək?
- Bilinmir. Ola bilsin, məsələyə iki həftəyə baxsınlar. Ümumiyyətlə, təcrübə göstərir ki, komitə 4 həftə ərzində yığışır. 
 
- Qırğızıstan Futbol Federasiyasının prezidenti Bakıya gəlmişdi. Onlarla söhbətdə yoldaşlıq oyunu ilə bağlı danışıqlar oldumu?
- Xeyr, məqsəd başqa idi. Onlar Bişkekdə baza tikirlər, bunun üçün bizim bazamıza baxıb faydalanmaq istəyirdilər. Yaxşı münasibətlərimiz var.  Yoldaşlıq oyunu isə ola bilsin ki, gələcəkdə boş gün olsa, bu barədə düşünə bilərik. 
 
- Premyer Liqadakı klubların sayı ilə bağlı dəqiq bir məlumat varmı?
- Rəsmi olaraq, bir nəticə yoxdu. Lisenziyalaşdırmanın nəticəsini gözləyəcəyik. İcraiyyə Komitəsinin son iclasında qeyd olunmuşdu ki, 8 komanda olacaq. Təbii ki, arzumuz 10 komandanın iştirak etməsidir. Amma tələblərə uyğun olanlar əsas çempionata buraxılacaqlar. Yenə deyirəm, arzumuz 10 olsa da, sənədlərə baxanda görürük ki, 8 komandadan çox mümkün deyil.
 
- AZAL-ın aqibəti necə olacaq. Bu klubun yaşaması üçün AFFA tərəfindən hansısa dəstək mümkündürmü?
- AZAL yaşayacaq və I Divizionda çıxış edəcək. Komandanın öz imkanları var. Təbii ki, I Divizionda çıxış etmək üçün elə də böyük vəsait lazım deyil. Onların buna imkanı çatır. Məncə, problem olmayacaq. AZAL da idman prinsiplərini pozmayaraq, I Divizionda çıxış edəcək. AZAL-ın I Divizionda olması həmin liqaya müsbət təsir edəcək. 
 
- Lisenziyalaşdırma ilə bağlı 8 komandanın hazır olduğunu dediniz. Onlardan 7-si ötən mövsüm Premyer Liqada çıxış edənlərdi. Bəs 1-i kimdi?
- Müraciətlərə baxacağıq. Üç komanda müracitə edib. Lakin bəziləri ancaq müraciət kağızı yollayıb, sənədlər isə hələ gəlməyib. Onların adını indi açıqlaya bilmərəm. Ayın 12-də dəqiq bilinəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31