20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azər Əliyev: “Millimiz Kameruna qarşı layiqli oynadı”

“Nəticədən razıyam. Millimiz bu gün Kameruna qarşı layiqli oynadı. Unutmaq olmaz ki, Kamerun güclü komandadır, yarışın favoritlərdən biridir. Məncə bugünkü nəticədən razı olmalıyıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev Bakıda keçirilən IV İslam Oyunlarında keçirilən Azərbaycan - Kamerun (0:0) görüşü barədə danışarkən deyib.

A. Əliyev millimizin qrupdan çıxacağına inandığını bildirib: “Komandamız güclü qrupda yer alıb. Kamerun və Mərakeş çətin rəqiblərdir. Qrudakı ilk 2 yer uğrunda Azərbaycan yığması məhz bu komandalarla mübarizə aparacaq. Düşünürəm ki, yığmamız ilk 2 yerdən birini tutmaqla yarımfinala adlayacaq”.

Azər Əliyev İslam Oyunlarında Ağır Atletika millimizin üzvlərini də gərgin mübarizənin gözlədiyini vurğulayıb: “Ağır atletikada da idmançılarımızın yaxşı çıxış edəcəyinə inanıram. Güclü rəqabət olacaq. Qazaxıstan, Türkiyə, İran idmançıları əsas rəqiblərimizdir”.

Sonda Azər Əliyev təkcə ağır atletika, futbol deyil, digər idman növbləri - güləş, karate, takevandoya da maraq göstərdiyini sözlərinə əlavə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30