24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rəşad Sadıqov: “Məğlub olacağımızı düşünürdüm”

Bu gün Azərbaycan kubokunda 2016/17 mövsümünün final oyunu çərçivəsində “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəlib. Naxçıvan Muxtar Respublika stadionundakı oyunda 2:0 hesabı ilə qələbə qazanan "Qarabağ" kluboka sahib çıxıb. Matçdan sonra Ağdam klubunu kapitanı Rəşad Sadıqov Futbolxeber.az saytının da suallarını cavablandırıb:
 
“Karyeramın son illərində yenidən həm çempion olmaq, həm də kuboku qazanmaq çox xoşdu. Açığı, bu gün məğlub olacağımızı düşünürdüm. Birinci hissə gərgin keçdi. Ancaq uşaqlar ikinci hissədə artırdılar. Lazım olan qələbə qollarını vurdular”.   
 
Oyun zamanı zədələnərək meydanı tərk edən təcrübəli müdafiəçi son durumu ilə bağlı da danışıb: “Dizim burxuldu. Bir az ağrı var. Zədəmin durumuna sabah tam aydınlıq gələcək”.   
 
Sadıqov cari çempion başa vurduqları mövsümlə bağlı da fikirlərini açıqlayıb: “Əvvəlki mövsümlərlə müqayisədə oyunumuzda çox anlarda problemlər oldu. Əvvəl 2-3 matçda çətinliklə üzləşirdiksə, 7-8, bəlkə də 10 görüşdə problemlə üzləşdik. Zədəlilərimiz çox oldu. Heyətdə milli üzvləri kifayət qədər idi. Bütün bunlar oyunumuzda geriləməyə səbəb oldu. Buna baxmayaraq, mövsümün sonunda, ən vacib anda komanda yaxşı oynamağa başladı. Son 5-6 qarşılaşmada özümüzə bənzədik və yaxşı futbol nümayiş etdirdik. Nəticədə mövsümü 2 titulla başa vurduq”. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30