28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“3 dəfə qapını döymüşük, alınmayıb”

Bu gün Azərbaycan kubokunda 2016/17 mövsümünün final oyunu çərçivəsində “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəlib. 
 
Naxçıvan Muxtar Respublika stadionundakı oyunda 2:0 hesabı ilə qələbə qazanan "Qarabağ" kluboka sahib çıxıb. Matçdan sonra Ağdam klubunu vitse-prezidenti Tahir Gözəl əməkdaşımızın da suallarını cavablandırıb: “Oyun çox gərgin başladı. Hər iki komanda başabaş mübarizə apardı. “Qarabağ”ı dəstəkləmək üçün buraya gələn azarkeşlərimizi təbrik edirəm. Naxçıvan xalqının dəstəyi, ab-hava əla idi. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığımı bildirirəm. Əlbəttə ki, sevincliyik. Oyunun ikinci hissəsində temp yüksəldi. Komandamızın ikinci qolundan sonra rahatlaşdım. Hesab edirəm ki, “Qarabağ” bu gün tarix yazdı. Azərbaycanda ilk dəfədi ki, bir komanda ardıcıl 3 mövsüm “qızıl dubl” edir. Bu, böyük bir tarixdi, nailiyyətdi”.   
 
O, məqsədlərinin Çempionlar Liqasının qrup mərhələsinə adlamaq olduğunu deyib: “Bundan sonrakı hədəf Çempionlar Liqasında uğurlu iştirakdı. Üç dəfə qapını döymüşük, alınmayıb. Həmişə də qapını döyəcəyik. Avropa qarşısında ciddi bir komanda görəcək. Baş məşqçimizə transfer seçimlərində uğurlar arzu edirəm. İnanıram ki, ən uğurlu oyunçuları seçəcək. Hədəfimiz Qarabağın adını idmanda sülhsevər kimi tanıtmaqdı”. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31