16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

PFL ayın ən yaxşı qolunu seçir

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, birinci divizion yarışlarını da daim diqqətdə saxlayır.

Futbolxeber.az saytının məlumatına görə, qurum artıq 6-cı dəfə birinci divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcəyik.

Birinci ivizionda vurulan ən yaxşı qol (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçilir. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik  olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdur. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir. Başa çatan aprel ayının ən yaxşı qolu artıq saytımızda yerləşdirilib. 

Qeyd edək ki, PFL-in rəsmi saytında sorğunun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib aprel ayında birinci divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçim etmək olar. Sorğu 10 maya qədər qüvvədə olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30