18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Azərbaycanda oyunlara gələn azarkeş sayı baxımından komandalar əziyyət çəkir"

"Rəvan"ın futbolçusu Xuan Manuel Varea Argentina mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- "Veles Sarsfild"də daha çox oynamaq istərdiniz?

- Təbii, mən daha uzun müddət oynamaq istərdim. Amma reallıq elə idi ki, heyətdə güclü hücumçular var idi. Mən də gənc idim, daim oynamaq, özümü sübut etmək istəyirdim. Bu üzdən başqa klublara yollanmalı oldum. Hər halda, "Veles Sarsfild”də etdiyim hər şeyə sevinirəm. Yalnız orada az oynadığım üçün təəssüflənirəm.

- Əvvəlcə Bosniya və Herseqovina, sonra da Azərbaycana getməyiniz necə oldu?

- Bir menecer mənimlə əlaqə saxlayaraq Bosniya və Herseqovinada "Şiroki Briyeq” klubunda oynamaq istəyimlə maraqlandı. Avropa ölkəsi olduğuna görə təklif məni cəlb etdi və razılıq verdim. Bu ölkədə futbol çox sevilir. Azərbaycana da menecer yolu ilə getdim. Təklif də yaxşı idi.

- Bu iki ölkədə yemək və dil probleminiz olub?

- Yeməklərlə aram yaxşıdır. Çünki Argentina mətbəxinə çox oxşayır. Dadları fərqli olsa da, asanlıqla yeyilir. Bununla bağlı problemim olmayıb. Dil məsələsinə gəlincə, Bosniya və Herseqovinada olduğum 3 ildə xorvat dilində öyrəndim. Elə ona görə də bu dildə danışıram. Mən bu dili 6 aya öyrənmişdim, sonra isə heç bir problem yaşamadım. Hayat yoldaşımla da orda rastlaşdım və evləndik. Amma Azərbaycan dili tamam fərqlidir, daha çətindir. Sadəcə, bu ölkədə rus dilində də danışırlar. Xorvat və rus dilləri isə bir-birinə oxşayır. Ancaq elə sözlər var ki, fərqli məna verir. Ona görə də gərək Azərbaycan dilini də öyrənim (gülür). Hərçənd, bu, çox çətindir. Bu il çətinliklə bir neçə söz öyrənmişəm.

- Azərbaycan və Bosniya futbolu Argentinadakından nə ilə fərqlənir?

- Bosniya və Azərbaycan futbolu bir-birinə bənzəyir. Çox yaxşı futbolçular var, çempionatda isə rəqabət güclüdür. Amma oyunlara gələn azarkeş sayı baxımından komandalar əziyyət çəkir. Çünki stadionlara az adam gəlir.

- Ötən mövsüm sizin üçün necə keçdi?

- Ötən mövsüm mənim üçün yaxşı keçdi. 15 qol vurdum, komandanın əsas bombardiri oldum, komandanın azarkeşləri arasında keçirilən sorğuda ən yaxşı futbolçu seçildim. Qarşıdakı mövsüm bundan da yaxşı çıxış edəcəyimə inanıram.

- Yenidən Argentinada oynamaq istərdiniz?

- Həmişə vətənə qayıtmaq barədə düşünmüşəm. Amma indi Azərbaycanda qalmağa üstünlük verirəm. Futbolçu üçün tez-tez komanda dəyişmək yaxşı hal deyil. Hər halda nə vaxtsa Argentinaya dönüb, yenidən orada futbol oynayacağıma ümid edirəm.

- Gələcəyinizi necə görürsünüz?

- Futbolçu karyramı bitirdikdən sonra elə bu sahədə qalacağam. Bosniya və Herseqovinada klubların birində aşağı yaş qrupları üzrə komandaların birində işləmək pis olmazdı. "River Pleyt” və "Veles Sarsfild”də öyrəndiklərimi onalara da aşılaya bilərəm. Ancaq hazırda bütün diqqətimi futbolçu karyerama yönəltmişəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30