19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”nin iki komandası finalda

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda final mərhələsinin növbəti oyunları keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin U-14, U-13, U-12, U-11 və U-10 komandaları da mübarizəni davam etdirib. Şimal təmsilçilərindən ikisinin final, ikisinin bürünc medal uğrunda mübarizə aparacağı dəqiqləşib.
 
U-14 1/8 finalda İOEUGİM-ə (Sumqayıt) hər iki matçda (4:0, 5:0), 1/4 finalda “Vətən” RİOEUG-ə (0:1, 1:0) penaltilər seriyasında qalib gəldikdən sonra yarımfinalda “Neftçi” PFK səddini keçə bilməyib - 2:2, 1:2. “Qırmızı-qaralar” 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq. “Qarabağ”la bürünc medal uğrunda matç mayın 4-də keçiriləcək.
 
U-13 yarımfinalda “Mançester Yunayted”i mübarizədən kənarlaşdırıb – 0:0, 1:0. “Qırmızı-qaralar” mayın 3-də keçiriləcək final matçında “Vətən” RİOEUG ilə üz-üzə gələcək.
 
U-12 1/4 finalda “Neftçi” PFK-nı səfər qolu ilə keçib - 0:0, 2:2. Qəbələlilər yarımfinalda “Leon”la üz-üzə gələcək.
 
1/4 finalda “Ağsu”nu hər iki matçda (3:1, 4:1) məğlub edən U-11 yarımfinalda “Sumqayıt”ı üstələyib – 4:1, 4:2. “Qəbələ” mayın 16-da keçiriləcək final matçında “Qarabağ”la qarşılaşacaq.
 
U-10 “Vətən” RİOEUG-lə yarımfinalın hər iki oyununda uduzub - 0:2, 1:5. “Qırmızı-qaralar” mayın 3-də üçüncü yer uğrunda matçda “Əlincə” ilə qüvvəsini sınayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30