29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Millimizin oyunları üçün bütün biletlər satılıb

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandasının "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarındakı qarşılaşmaları üçün satışa çıxarılan bütün biletlər satılıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a Oyunların Əməliyyat Komitəsindən informasiya verilib.
 
Bildirilir ki, futbol yarışlarını izləmək istəyən azarkeşlər üçün yarışın qrup mərhələsinin digər oyunlarına müəyyən sayda bilet qalıb. Bunlar Türkiyə, Kamerun, Əlcəzair və Səudiyyə Ərəbistanının iştirakı ilə matçlar, habelə yarım final, bürünc medal və final qarşılaşmalarıdır. Azərbaycan yığması mayın 8-də Kamerun, mayın 11-də Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeşlə üz-üzə gələcək. 
 
Mayın 8-də start götürəcək qrup mərhələsinin oyunları "Dalğa Arena", "AZAL Arena" və "Bayıl Arena"da olacaq. Biletlər Baku2017 veb-saytı – www.baku2017.com vasitəsilə onlayn rejimdə və ya Bakıda yerləşən 12 satış məntəqəsində, o cümlədən, 28 Mall, Gənclik Mall və Park Bulvar ticarət mərkəzlərində satışdadır.
 
Ev sahibi olan Azərbaycan komandasını dəstəkləmək və ona azarkeşlik etmək istəyindən irəli gələrək, məhz yerli idmançıların qatıldıqları bütün idman yarışlarına bilet satışı yüksəkdir.
 
Mayın 12-də keçiriləcək Açılış Mərasimi üçün D kateqoriyalı biletlər də artıq satılıb qurtarıb. Çox məhdud sayda A, B və C kateqoriyalı biletlər hələ də satışdadır.
 
Qeyd edək ki, İslamiadada dörd qitədə yerləşən 57 ölkədən 3000-dək idmançı iştirak edəcək. İdmançılar futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizə aparacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31