28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Əmrah Çəlikəl: “3 ildir ki, bu istəklə yaşayırıq” (MÜSAHİBƏ)

Ötən gün Topaz Premyer Liqasında 28-ci, son turun qarşılaşmaları keçirilib. Futbolxeber.az-ın məlumatına görə, “Qarabağ” səfərdə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib. “Bakcell Arena”dakı matçdan sonra Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl əməkdaşımızın da suallarını cavablandırıb:
 
- “Qarabağ”ım həm əsas, həm də əvəzedici komandası cari mövsümü çempion başa vurdu. Bu badərə fikirlərinizi öyrənmək istəyərdik.
- Əlbəttə ki, sevincliyik. Amma bu bizə daha böyük məsuliyyət yükləyir. 3 ildi, Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyi ilə yaşayırıq. Bu il yenə əlimizdən gələni edəcəyik ki, əvvəlkinə nisbətən, daha yaxşı oyun göstərək. 
 
- Yeni mövsüm üçün komandada necə dəyişikliklər olacaq?
- Adətən biz o barədə fikir bildirmirik, heç fikirləşmirik də. Bu səlahiyyət, tamamilə, Qurban müəllim və onun köməkçilərindədir. O kimləri komandada görmək istəyirsə, biz bu barədə ona ancaq kömək edə bilərik. 
 
- Qarşıda Qəbələ ilə Naxçıvanda kubokun final oyunu var. Bundan əvvəl klubunuzun vitse-prezidenti Tahir Gözəllə də danışmışdıq və o, klubun hesabına Naxçıvana azarkeş aparılmayacağını demişdi. Lakin eşitdiyimizə görə “Qəbələ” öz azarkeşlərindən aparacaq…
- Əlbəttə ki, bizim də sadiq azarkeş qruplarımız var və onlara mümkün qədər köməklik edəcəyik ki, gəlib bizi dəstəkləsinlər. Amm əlbəttə ki, biz hər istəyəni oraya apara bilmərik. Belə bir imkanımız, şansımız da yoxdur, amma müəyyən dəstəyimiz olacaq. 
 
- Bəs həmin oyun barədə fikirləriniz necədir?
- Maraqlı səfər, maraqlı oyun olacaq. Nəticə də bizim çün çox maraqlıdır. Əlbəttə, biz də “Qəbələ” də əlimizdən gələni edəcəyik ki, müsbət nəticə qazanaq. Yaxşı oyun gözləyirəm. 
 
- Necə düşünürsünüz, Naxçıvanda matçın günorta keçirilməsi və qazon kimi amillər oyununuza təsir göstərə bilər?
- Hesab edirəm ki, nə təsir göstərəcəksə, iki tərəfə də eyni olacaq. O barədə şanslar bərabərdir. 
 
- Müqaviləsi başa çatan futbolçularla danışıqlar olub?
- Bir neçə futbolçu ilə görüşmüşük, danışıqlar hələ də davam edir. Mövsüm tam bitməmiş bu barədə danışmaq həm oyunçuların mötivasiyasına təsir edə bilər, həm bizi yayındırar. Hazırda kubok oyunu düşünülməlidir və biz də elə edirik. 
 
- Çempionat 8 komanda ilə başa vuruldu. Komandaların azlığı, rəbatətsizlik kimi amillər “Qarabağ”ın avrokubok oyunlarına mənfi təsir göstərə bilər?
- Əlbəttə, biz də 10 komanda olmasını istərdik. Bildiyimə görə, bu barədə işlər gedir. Növbəti mövsüm Premyer Liqada 10 komanda olması gözlənilir. Ancaq çempionat geridə qaldı, maraqlı idi və deməzdim ki, tək rəqibimiz “Qəbələ” idi. Digər rəqiblərlə oyunlarda heç-heçələrimiz, məğlubiyyətlərimiz oldu. Maraqlı çempionat oldu, çətin çempionluq qazandıq. Hamını təbrik edirəm.
 
- Sizcə, “Qarabağ” əsasən hansı amillərdə “Qəbələ”ni üstələdi?
- İstək, əzimkarlıq ola bilər. Bu məsələlərdə texniki cəhətdən çox da fikir bildirmirəm. Əgər “Qarabağ” üstün oldusa, deməli nələrisə bacardı. Meydanda, oyunda üstün olduq ki, biz qalib gəldik. 
 
- Rəqibiniz mövsümü titulla başa vurmayıb. Kubok onların son şansıdır. Sizcə, bu amil psixoloji basqı baxımından oyuna təsir edə bilərmi? Siz rahat oynayacaqsınız, ya necə?
- Biz mötivasiyamızı itirməsək, rahat oynamayacağıq. Rahat oynamaq üçün bir səbəb də yoxdur. Kubok başqa turnirdi və hələ ki bu yarışı başa vurmamışıq. Uşaqlar əllərindən gələni edəcəklər. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.
 
- Braziliyalı futbolçunuz Riçard Almeydanın millimizin heyətində Şimali İrlandiya qarşı oynayacağı gözlənilir. Ümumiyyətlə, bu barədə məlumatınız varmı, oynayacağı təsdiqlənibmi? 
- Biz fəxr edirik ki, belə bir futbolçumuz var və, azərbaycan millisində oynayacaq. Açığı, məsələnin nə yerdə olmasından, oynayıb-oynamayacağından xəbərim yoxdur. Ümid edirəm ki, faydalı olar. Çünki milliyə xeyir verməsi bizə də xeyir verməsi deməkdir. Ona uğurlar arzulayıram.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31