23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Onun "Qarabağ"a keçidi mümkündür”

Bu gün Topaz Premyer Liqasında 28-ci, son turun qarşılaşmaları keçirilib. Futbolxeber.az-ın məlumatına görə, “Qarabağ” səfərdə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərhə edib:
 
- Futbolçularımı təbrik edirəm. Çempionatın son matçı olsa, düzgün oynamağa çalışdılar. "Neftçi"yə növbəti mövsümdə uğurlar arzu edirəm. Bu il alınmadı. Gələn mövsüm yaxşı olar.
 
- Hazırlıq planı bəllidir?
- İyunun 1-də yığışacağıq. Yəqin ki, 2 həftə Bakıda olacağıq. Daha sonra Avstriyaya getməyi planlaşdırırıq.
 
- Rəşad Sadıqovun əvəzlənməsi nə ilə bağlı idi?
- Zədə almayıb, yorğunluq var idi. Ona görə əvəzlədim.
 
- Əsas heyətə güvədiniz. Qarşıda kubokun finalı var, zədələrdən çəkinmirsiz?
- Zədələr məşqdə ola bilər. Ona görə narahat olmadım.
 
- Dino Ndlovu bir qol da vursa, bombardir ola bilərdi. Bunun üçün çalışdığını hiss etdiniz?
- Bu normal haldır. O, hər oyunda qol vursa, lap yaxşı olar.
 
-  Kubokun finalında psixoloji üstünlüyün "Qarabağ"ın tərəfində olacağını söyləmək olar?
- Kubok tam fərqli turnirdi. Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm.
 
- Yəqin ki, təlim-məşq toplanışında yoxlama matçları keçirməyi planlaşdırırsınız...
- Əlbəttə, oyunlar olacaq. Beş matç keçirtsək yaxşı olar. Ən azı 4 görüş olacaq.
 
- Abbas Hüseynov və Təmkin Xəlilzadə ilə maraqlandığınız doğrudur?
- Bəli, Abbasla maraqlanmışıq. Onun "Qarabağ"a keçidi mümkündür. Təmkinlə bağlı ehtimal isə azdır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30