19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Julien Ebah: “Qələbə qazanmalıyıq”

Cari mövsümün son oyununa Gəncədə çıxacaq “Kəpəz” şəhər stadionunda “İnter” ilə qarşılaşacaq. 
 
Futbolxeber.az-ın məlumatına görə, dünən keçirilən son məşqlə “sarı-göylər” bu oyunun hazırlığını tamamlayıb. Son matç öncəsi komandanın üzvləri Julien Ebah və Davud Kərimi klub saytına açıqlama verib:
 
Julien Ebah: “Təbii ki, son matçda da məqsəd qalib gəlmək, azarkeşləri sevindirməkdir. Mən üzərimə düşəni etməklə qol vurmağa çalışacağam. Son oyunlar yaxşı çıxış edirik, qələbələri sıralayırıq. Çempionatı yüksək əhval-ruhiyyədə başa vurmaq üçün bu gün qələbə qazanmalıyıq”.
 
Davud Kərimi: “Çempionatın son dövrəsini yaxşı keçirmişik. Cəmi bir oyunda uduzub qalan matçlarda qələbə qazanmışıq. Əhvalımız yaxşıdır. Çempionatda beşinci yeri tutmaq imkanımız var, bunun üçün “İnter” ilə oyunda qələbə qazanmalıyıq. Azarkeşləri oyuna baxmağa, dəstək olmağa dəvət edirik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30