19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bakı “İnter”inin futbolçusu karyerasını başa vurur

Bakının “İnter” komandası Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunda iki legioner futbolçusunun xidmətindən yararlana bilməyəcək. Futbolxeber.az-ın məlumatına görə, bu barədə “Report”a paytaxt təmsilçisinin baş məşqçisi Zaur Svanadze açıqlama verib.
 
59 yaşlı gürcüstanlı mütəxəssis bildirib ki, həmyerlisi Zurab Xizanişvili və rumıniyalı Adrian Skarlatake “Kəpəz”lə səfər matçında iştirak etməyəcək. Hər iki mərkəz müdafiəçisi zədə üzündən meydana çıxa bilməyəcək. Baş məşqçi Gəncədə keçiriləcək görüşdə gənclərə də şans verəcəyini söyləyib: “Səfərə əsas heyətlə yollanacağıq. Lakin zədəli Zurab Xizanişvili və Adrian Skarlatake bizimlə birgə olmayacaq. Rumıniyalıya vətəninə getmək üçün icza vermişik. Gəncədə həm aparıcı, həm də gənc futbolçulara şans verməyi düşünürük”.
 
Xizanişviliyə gəldikdə, Svanadze bildirib ki, 36 yaş futbolçunun karyerasını başa vurma ehtimalı var: “Zurab hələ gələcək karyerası barədə qərar verməyib. O, ya peşəkar futbolla vidalaşacaq, ya da “İnter”də daha bir mövsüm oynayacaq. Hər şey klubun aqibətindən asılıdır”.
 
Qeyd edək ki, aprelin 29-da keçiriləcək “Kəpəz” – “İnter” oyunu saat 16:00-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30