19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Nizami Hacıyevin yeni klubu bəlli oldu

“İnter” klubunun kapitanı Nizami Hacıyevin gələn mövsümdən “Neftçi”nin formasını geyinəcəyi dəqiqləşib. Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”la danışıqları artıq yekunlaşdırıb.
 
Mövsümün sonuna iki tur qalmış “İnter”lə vidalaşan Hacıyev “Neftçi” ilə 2 illik müqaviləni razılaşdırıb.
 
Anlaşmaya əsasən, onun yeni komandasında illik məvacibi 250 min manat təşkil edəcək. Bu isə o deməkdi ki, Nizami “Neftçi”də ayına 20 min manatdan bir qədər artıq maaş alacaq.
 
Qeyd edək ki, karyerası ərzində 4 dəfə “İnter”də çıxış etmək imkanı qazanan Nizami Hacıyev 2014-cü ildən bəri bu klubun formasını geyinib. Bundan başqa, AZAL, “Qəbələ”, MOİK və “Xəzər Lənkəran”da da oynamış 29 yaşlı yarımmüdafiəçi ilk dəfə “Neftçi”nin şərəfini qoruyacaq.
 
O, Premyer Liqada 247 oyunda (31 qol) meydana çıxıb ki, bunun 133-ü “İnter”in heyətində baş tutub. Hacıyev cari mövsümdə 23 görüşdə 7 dəfə fərqlənib (Apasport.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30