25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

İntizam Komitəsi Mingəçevirdəki hakim özbaşnalığı ilə bağlı qərar verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az xəbər verir ki, toplantıda Azərbaycan I Divizionun 25-ci tur oyunları ilə bağlı da cəzalar açıqlanıb. Sizi həmin qərarla tanış edirik:
 
“Səbail” – “Şəmkir” matçında ev sahibi komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
“Energetik” – “Bakılı” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
Həmin oyunun 61-ci dəqiqəsində “Energetik”in futbolçusu Elçin Qasımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
 
Oyunun 61-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Ravil Məhəmmədov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, kluba 160 manat cərimə kəsilib.
 
Oyunun 61-ci dəqiqəsində oyun əsassız olaraq hakim tərəfindən dayandırılmış və 15 dəqiqə fasilədən sonra yenidən bərpa olunmuşdur.
 
Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim inspektoru haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırılması ilə bağlı qərar verilib.
 
Qeyd edək ki, “Energetik” – “Bakılı” matçını Qorxmaz Eldarov, Mirzə Fərzəliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev idarə edib. Hakim-inspektor isə Qabil Nərimanov olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30