20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qriqorçuk: “Çempion olmadığımız üçün Allahı günahlandırmağa ehtiyac yoxdur”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “İnter”lə oyundan dərhal sonra Futbolxeber.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına müsahibə verib.

“İnter” üzərində çoxlarının gözləmədiyi bir hesabla (4:3) qələbə qazandınız. 7 qolun vurulduğu görüşü necə şərh edə bilərsiz?

Bu gün qalib gəldik, bu, yaxşıdır. Çox qol vurmağımız da müsbət haldır. Amma xeyli qol şansı boşa verdik. Üstəlik, qapımızda 3 qol gördük ki, bunlar heç də yaxşı hal deyil. İndiki məqamda ən vacibi qələbə idi.

Oyundan əvvəl “Qəbələ”nin gümüş medallara qovuşacağı məlum idi. Belə bir gündə stadiona çox az sayda azarkeşin gəlməsi sizə qəribə gəlmədi ki?

Çoxdandı stadionda belə sakitliklə üzləşməmişdim. Bilmirsən bu futboldur, yoxsa başqa nəsə. Matçın əvvəlində sanki arenada heç kim yox idi. Yalnız sonradan az sayda azarkeş bizə dəstək oldu ki, buna görə də onlara minnətdaram. Təbii ki, biz həmişə daha çox azarkeşin önündə oynamaq istəyirik.

Sumqayıtla görüşü “Qəbələ” üçün finala hazırlıq kimi dəyərləndirmək olar?

Təbii ki, final bizim üçün daha vacibdir. Sumqayıtdakı görüşdə mövsüm boyu az oynayanlara, eləcə də bizimlə məşq edən gənclərə şans verəcəyik. Onları da iş başında görmək istəyirəm.

Gümüş medalı “Qəbələ” üçün uğur saymaq olar?

Belə düşünürük ki, biz çempionluğu qazanmadıq. Amma ikinci yeri tutduğumuza görə məyus olmağa dəyməz. Çempion olmadığımız üçün Allahı günahlandırmağa ehtiyac yoxdur. Maksimum bacardığımızı etdik. İkinci yer yaxşı nıticədir. İstənilən halda, fikrim belədir.

“Qarabağ”ın bəzi futbolçuları “Qəbələ”yə görə budəfəki çempionluğun çətin alındığını söyləyirlər...

Biz mövsüm boyu yaxşı oyun sırgilədik. Komandamızın öz oyun tərzi var. Əksər oyunlarda bu, kənardan da hiss olunurdu. Bunu uğurumuz sayıram. Çatışmayan cəhətlərimiz də var. Onlardan da ən əsası qol epizodlarını az dəyərləndirməyimizdir.  

2 oyundan sonra mövsüm başa çatır. Sizin və futbolçularınızın “Qəbələ”dəki gələcək taleyinə aydınlqı gəlib?

Bu suala belə cavab verə bilərəm: bizim üçün son gün mayın 5-dir. Ona qədər gələcəklə bağlı heç bir məsələni götgür-qoy etmirik. Uşaqlara da demişəm ki, son günə qədər tam gücümüzlə çalışırıq. Sonra isə planlar barədə danışırıq. Yəni, hazırda gələcəklə bağlı konkret heç nə yoxdiur. Mən isə konkret olmayan məsələlərdən danışmağı sevmirəm.

Söhbətləşdi: FƏRƏC

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30