19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azarkeşləri “Neftçi”dən üz döndərdi

Azarkeşləri tarixinə yaraşmayan uğursuz çıxışlarla yadda qalan “Neftçi”dən üz döndərib. Futbolxeber.az-ın məlumatına görə, Bakı təmsilçisinin ən böyük azarkeş qruplarından olan “Forza Neftçi” komandanın Topaz Premyer Liqanın son turunda “Qarabağ”a qarşı keçiriləcək oyununu boykot edəcək.
 
Bu barədə azarkeş qrupunun yaydığı bəyanatda bildirilib. Bundan başqa, sabah “Forza”nın toplantısı keçiriləcək və müvafiq qərarlar veriləcək. Onlar komandanın Premyer Liqadakı uğursuz çıxışına etiraz olaraq bu addımı atıb.
 
Əlavə edək ki, son vaxtlar “Neftçi”nin rəhbərliyi və baş məşqçisi ilə sözügüdən fan-klub arasında münasibətlərində gərginlik yaranıb. Fanatları son oyunlarda “ağ-qaralar”ın rəhbərliyi və məşqçilərini istefaya dəvət edir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30