20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Şahin Diniyev: “İstəməzdik ki, Avroliqaya kiminsə yerinə gedək”

Topaz Premyer Liqasının 27-ci turunda “Kəpəz” səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, oyunsonrası mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qələbəni belə şərh edib:

“Çox gərgin oyun oldu. Belə olacağını da bilirdik. Futbolçuların üzərində təzyiq var. Hər oyuna qələbə üçün çıxırıq. Şadam ki, komandam ilk yarıda oyunun taleyini həl etdi. İkinci hissədə müdafiədən oynadıq. Qapıçının kobud səhvi qapımıza qol vurulması ilə nəticələndi. Heyətimizdə itkilər də var idi. Qalib gəldiyimiz üçün şadıq. Son dövrədə 6 oyundan 5-də qələbə qazandıq. Şans həmişə var. Son oyunda da tam gücümüzlə vuruşacağıq”.

Təcrübəli mütəxəssis komandasının AZAL-la görüşə zəif başlamasının səbəbini belə izah edib: “Oyuna zəif başladıq. İlk 30 dəqiqə ərzində rəqib qapısı qarşısında təhlükə yarada bilmirdik. Bu da meydança amili ilə bağlıdır. Bunun səbəbini futbolçulardan da soruşdum. Onlar da meydan amilini qabartdılar”.

Bugünkü qələbəyə baxmayaraq, Diniyev komandasının gərginlikdən qurtulmadığını bildirib: “Gərginlik qalıb, sona qədər də davam edəcək. Qarşıda daha bir oyunumuz var. Bu gün digər rəqiblərin oyununa fikir vermirdik. Mənim üçün əsas olan öz komandamın oyunudur. IV dövrədəki çıxışımız məni qane edir. Üzərimizdəki təzyiq isə aprelin 29-na qədər davam edəcək”.

“İnter” fəaliyyətini davam etdirə bilməyəcəyi halda, “Kəpəz” beşinci yerin sahibi kimi də yenidən Avroliqaya yollana bilər. Bununla bağlı sualı Şahin Diniyev belə cəzalandırıb: “İstəməzdik ki, Avroliqaya kiminsə yerinə gedək. Keçən il 4-cü yerdə gedirdik. Evdə “Qəbələ”yə uduzduq və sonda beşinci olduq. Ötən il də “Zirə” və “İnter” Avroliqaya yollana bilməmişdi. Bu mövsüm kim gedəcəksə, layiqli dəstəkləməliyik. 4 komandanın hər biri qitə kuboklarında oynamağa layiqdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30