20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qarabağ" və "Kəpəz"dən qələbə, Zirədə bərabərlik (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 27-ci tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş baş tutub və hamısı eyni vaxtda start götürüb.
 
Ötən tur çempionluğunu rəsmiləşdirən “Qarabağ” evdə “Sumqayıt”la üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:1 hesabl qələbəsi ilə başa çatsa da, sumqayıtlıların Avroliqaya vəsiqə qazanmaq şansı hələ bitməyib, məsələ son turda həll olunacaq.
 
Doğma meydanda “Neftçi”ni qəbul edən “Zirə” də meydandan 2:2 hesablı bərabərliklə ayrılıb. Amma qonaq komandanın heyətində legioner limiti pozulduğundan, böyük ehtimalla, "Neftçi"yə texniki məğlubiyyət veriləcək. Bu məğlubiyyətlə də "ağ-qaralar"ın avrokubok şansı bitib və onlar üçün son turdakı matç formal xarakter daşıyacaq.
 
AZAL da öz meydanında “Kəpəz”i qəbul edib. Bu matçda isə qonaqlar sevinib - 2:1. Gəncəlilər bu qələbə il Avroliqa şansını davam etdirib.
 
Topaz Premyer Liqası
27-ci tur
23 aprel (bazar)
 
“Qarabağ” – “Sumqayıt” - 2:1
Qol: Muarem Muarem, 12; Elşən Abdullayev, 82 - Amil Yunanov, 83
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”
 
“Zirə” – “Neftçi” - 2:2 
Qollar: Təmkin Xəlilzadə, 42; Akim Latifu, 63 - İqnasio Herrera Fernandes, 34; Daniel Seqovia, 90
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə Olimpiya İdman Kompleksinin stadionu
 
AZAL – “Kəpəz” - 1:2
Qollar: Frank Madu, 82 - Serjio Kosta, 35, 41
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 27 18 5 4 44-13 59
2 Qəbələ 26 13 10 3 43-16 49
3 İnter 26 11 10 5 36-28 43
4 Zirə 27 8 10 9 25-28 34
5 Kəpəz 27 8 9 10 23-27 33
6 Sumqayıt 27 8 8 11 26-34 32
7 Neftçi 27 9 3 15 25-42 30
8 AZAL 27 1 7 19 13-47 10
 
Bombardirlər:
Filip Ozobiç ("Qəbələ") - 11 qol 
Rauf Əliyev ("İnter") - 9 qol 
Dino Ndlovu ("Qarabağ") - 9 qol
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30