24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qəbələ” belçikalılardan üstün oldu

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Dareseliya turnirində qrup mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, A qrupunda çıxış edən “Qəbələ”nin U-16 komandası III turda Belçika “Gent”i ilə görüşüb. 
 
Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Təbriz İsazadənin qolu “qırmızı-qaralar”a 3 xal qazandırıb. İlk turda İtaliya “İnter”inə (1:2), ardınca Tiflis “Dinamo”suna (1:6) məğlub olan “Qəbələ” 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. Bir günlük istirahətdən sonra aprelin 24-də keçiriləcək qarşılaşmada Şəhruz Mustafayevin yetirmələri Xorvatiya “Dinamo”su (Zaqreb) ilə görüşəcək.
 
Xatırladaq ki, ilk iki oyunda təmsilçimizin qollarına müvafiq olaraq Məhəmməd Məhərrəmov və Rüstəm Nuruyev imza atıblar.
 
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30