25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Prosineçki: “Millidə yeni adlar görməyəcəksiz” (MÜSAHİBƏ)

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin müsahibəsi

- Milli komandanın təlim-məşq toplanışının proqramı bəllidimi?

- Bütün fikirlər hazırlıqla bağlıdı. Mayın 15-də hazırlıq başlayacaq. Ayın 20-də Avstriyaya gedəcəyik və toplanışı orda davam etdirəcəyik. İki yoxlama görüşü keçirmək istəyirik və rəqib axtarışını davam etdiririk. İyunun 3-də Bakıya qayıdacağıq. Azərbaycan üçün ən vacib oyun Şimali İrlandiyaya qarşı olacaq. Bütün diqqətimizi ona yönəltmişik.

- Mayın 5-də Azərbaycan kubokunun final matçı olacaq. Görüşü izləmək üçün Naxçıvana gedəcəksiz?

- Hələlik bilmirəm, baxarıq.

- Yoldaşlıq görüşü üçün hansı səviyyədə komandalarla qarşılaşmaq istərdiniz?

- Təəssüf ki, seçim imkanımız elə də geniş deyil. Orda olan komandalarla danışıqlar aparılacaq. Nə qədər güclü rəqib olsa, bizim üçün olar. Hələ heç nə həll edilməyib.

- Millidə yeni ad görə biləcəyikmi?

- Düşünürəm ki, olmayacaq.

- İslam Həmrəyliyi Oyunlarında əsas millinin potensial üzvləri çıxış edəcəklər. Onlardan kimisə dəvət edə bilərsinizmi?

- Həmin vaxt burda olacam, komandamızın oyunlarını canlı izləyəcəm. Yaşar Vahabzadə ilə danışmışam. O, əsas yığmadan bir neçə oyunçuya da dəvət göndərib. İstəyirik ki, yığmamız bu turnirdə uğurlu çıxış etsin. Çağırılan oyunçular komandaya kömək edə biləcək gücdədilər. İlk matçımız Kameruna qarşı keçiriləcək. Maraqlı oyun olacaq.

- Şimali İrlandiya atletik futbol oynayır. Avstriyadakı rəqiblər də onlara oxşar oyun üslubuna malik olacaq?

- Çalışacam ki, bu cür rəqiblərə üstünlük verək. Ancaq təəssüf ki, seçim imkanımız geniş deyil. Əsas odu ki, oynamağa rəqib olsun. Həmin görüşlərdə də bəzi şeyləri sınaqdan keçirə biləcəyik. Yaxşı hazırlıq keçməliyik. Çünki iyunun 10-da Şimali İrlandiya ilə çox vacib oyuna çıxacağıq.

- Kamran Ağayevin klubsuz qalması sizə problem yaratmayacaq?

- Birinci dəfə deyil ki, Kamran milliyə klubsuz gəlir. Keçmişdə də belə problemlər olub. Sözsüz ki, qapıçının oynamaması ciddi problemdi.

- Bir baş məşqçi kimi ona məsləhət görürsüz ki, belə olmaz?

- Əlbəttə ki, onunla danışıram. Amma Kamranın tez-tez komanda dəyişməsində, klubsuz qalmasında sizin də günahınız var. Çünki belə məqamlarda ona dəstək olmursunuz.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30