20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Neymardan azərbaycanlı gənclərə məsləhət: “Kədərlənməsinlər” (XÜSUSİ MÜSAHİBƏ)

Braziliyalı millisi və "Barselona" (İspaniya) klubunun ulduz futbolçusu Neymar adı ilə bağlı olan ölkəmizdə də keçirilən "Neymar Juniors Five" turnirinin təşkilatçılarına müsahibə verib. Futbolxeber.az da daxil olmaqla bir neçə sayta göndərilən həmin müsahibəni təqdim edirik:
 
- Siz Braziliya komandasının hesabına 50 qol yazmısınız, və yalnız Romario, Ronaldo və Peledən geri qalırsınız.  Pelenin 77 qolluq göstəricisini keçmək sizin üçün nə əhəmiyyət kəsb edir?
- Bu mənim üçün böyük şərəf olar, bu mənim arzumdur. Braziliya yığmasında oynamaq, qollar vurmaq və komandaya yardım etməklə istəyimə nail ola bilərəm. Bundan başqa... Ümid edirəm ki, qol vurmağa və rekordlar qırmağa davam edə biləcəyəm, bu məni çox xoşbəxt edir. Heç kimdən yaxşı olmaq istəmirən, yeganə istəyim özümdən yaxşı olmaqdır. Fikrimcə, əsas vacib olan budur.
 
- Karyeranızın qalan hissəsində hansı nailiyyətləri əldə etməyi planlaşdırırsınız?
- Planlarım çoxdur. Hələ bir xeyli görüləcək iş, əldə ediləcək uğur məni gözləyir. Futbola nə vaxt vida edəcəyimi bilmirəm, bu barədə heç fikirləşməmişəm. Lakin nə qədər ki, futboldan həzz alıram, oyun günü yaxınlaşdıqca həyəcanım daha da artır, oynamağa davam edəcəyəm.
 
- 2018-ci il Dünya çempionatından nə gözləyirsiniz?
- Dünya çempionatı haqqında daima fikirləşirəm. Mən xəyalpərəst adamam. Kuboku almaq, çempionatın qalibi olmaq haqqında daima fikirləşirəm, həmin anları xəyal edirəm. Bununla bərabər 2018-ci ilə ciddi-cəhdlə hazırlaşıram. 
 
- "Barselona" və Braziliyadan başqa özünüzü o komanda üçün qol vuran təsəvvür etdiyiniz bir komanda varmı?
- Uşaq olanda başqa klublar, Avropa və hətta Braziliya klublarında oynadığımı çox xəyal edirdim. Lakin, həmişə "Barselona"da oynamağı arzu etmişəm, şükür olsun ki, bu arzuma çatdım.
 
- "Neymar Jr’s Five" turnirini növbəti dəfə 2017-ci ildə keçirmək necə hissdir?
- "Neymar Jr’s Five" turnirinin ikinci dəfə keçirilməsinə görə çox sevinirəm, yarışa bütün dünyada marağın olması məni çox şad edir. Budəfəki yarışda 50-dən artıq ölkəni təmsil edən komandalar iştirak edəcəklər, buna görə də çox sevinirəm. "Neymar Jr’s Five" turnirinin onlara zövq bəxş edəcəyinə ümid edirəm, çünki, ən əsası xoşbəxt olmaq və zövq almaqdır.
 
- "Neymar Jr’s Five" 2016-da ən yadda qalan an hansı idi?
- Ən yadda qalan an... Mənə elə gəlir ki, həmin an ümumilikdə sonuncu gün idi - orada onların arasında olmaq, hər kəsin yanında, oyunçuların yanında olmaq, onların oynadığını, sevindiyini görmək və hər şeyin bir parçası olmaq. Məncə həmin gün ən gözəl gün idi.
 
- Oyunda iştirak üçün 65 000 nəfərin qeydiyyatdan keçməsi faktı sizi heyrətləndirdi?
- Bəli, bəli, məncə, heç kim birinci yarışda bu qədər sayda oyunçu gözləmirdi, ona görə də biz doğrudan da həm çox məmnun idik, həm də çox sevinirdik. Ümid edirəm ki, bu say getdikcə artacaq.
 
- Bu il oyunçulara vermək istədiyiniz ən vacib məsləhət hansıdır?
- Nəticə nə olursa olsun, kədərlənməsinlər, məsləhətim budur. Hansı ölkədən olmanızdan asılı olmayaraq "Neymar Jr’s Five"da zövq almalı və sevinməlisiniz. Bu tədbirdə bacardığınız qədər yaxşı çıxış etmənizi və burada görüşməyimizi gözləyirəm.
 
QEYD: "Neymar Jr’s Five" turniri Azərbaycanda da keçirilir və Lənkəran, Gəncə, Şəkidə artıq seçim mərhələləri baş tutub. Turnirin digər seçim mərhələləri Quba və Bakıda olacaq. Milli final isə, mayın 6-sı Bakıda keçiriləcək və qalib komanda Braziliyaya aparılacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30