25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” bizə nəfəs aldırmadı”

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Qarabağ” səfərdə “İnter”ə 3:0 hesabı ilə qalib gələrək sona 2 tur qalmış çempionluğunu élan edib. “İnter Arena”dakı matçdan sonra açıqlam verən Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl əməkdaşımızın suallarını da cavablandırıb:
 
- Ardıcıl 4-cü mövsüm çempion oldunuz və bu, Azərbaycanda ilk dəfə baş verdi…
- Bəli. “Qəbələ”nin Gəncədəki sürpriz məğlubiyyəti… Əlbəttə ki, “Kəpəz” də güclü klubdur, bizim üçün də çətin rəqibdir. Ancaq bu nəticə mənim üçün də sürpriz oldu. Möhtəşəm qələbə və çempionluq yaşadıq. Ona görə çox şadam. Başda ölkəmizin başçısı cənab İlham Əliyev olmaqla, bütün xalqımızı, Azərbaycansevərləri təbrik edirəm. Çox əlamətdar və gözəl gündür. Çox gözəl oyun oldu, 3:0 hesabı ilə qələbə qazandıq. Sağ olun, sizi də təbrik edirəm.
 
- “Qarabağ” çempion olduqdan sonra ilk ağla gələn 4-cü cəhdə Çempionlar Liqasının qrup mərhələsinə adlamaqdı. Bu barədə nə düşünürsünüz?
- Əlbəttə, bütün şanslardan istifadə edəcəyik. İnşallah, baş məşqçimiz yeni futbolçuların transferi ilə bağlı məşğul olsun, “Qarabağ”a uyğun oyunçular alaq. Hesab edirəm ki, yenə Aropa klubları üçün çətin rəqib olacağıq, əlimizdən gələni edəcəyik. 
 
- Əvvəlki çempionluqlar da önəmlidir. Amma hesab etmirsiniz ki, bu çempionluq daha çətin oldu? Çünki “Qəbələ” sona yaxın sizi qabaqlamışdı.
- Bəli, “Qəbələ” həqiqətən güclü rəqibdir. Rəqabətin yüksək olması bizim oyunumuzun yüksəlməsinə kömək edir. Doğrudan da çox çətin çempiont keçdi.
 
- Sizə, çempionluq “savaş”ının iki deyil, daha çox komanda arasında getməsi daha yaxşı olmazdımı?
- Əlbəttə, olardı. Bizim çalışdığımız da budur. Hesab edirəm ki, növbəti mövsüm klublar güclənəcək. Amma doğrudan da bu il “Qəbələ” bizə nəfəs aldırmadı. İnanıram ki, növbəti çempionat daha gərgin keçəcək. 
 
- Bir müddət “Qarabağ”ın akademiyasından futbolçular çıxdı, Rauf, Əfran, Qara… Amma sanki son vaxtlar “Qarabağ”dab u proses dayanıb. Çünki, “Qəbələ”dən, “Bakı”dan çıxdı, amma “Qarabağ”dan çıxmır. Qələcəkdə uşaq futbolunu gücləndirməklə bağlı planlarınız varmı?
- Mən belə deməzdim. “Qarabağ”da uşaq futbolu ilə bağlı işlər gedir. Bu barədə Qurban Qurbanovla da söhbətlərimiz var. Mən tam olaraq, inanıram. Son söhbətimizdə Qurbanov mənə dedi ki, 2-3 il sonra bizə sürpriz edə biləcək istedadlar var. Bilirsiniz, akademiyadan yaxşı futbolçu çıxarmaq çox çətin olur. Tək bizlə deyil, dünyada da belədir. Belə məsələlər bir az vaxt tələb edir. 
 
- Siz də bilirsiniz ki, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində adlaya bilməməsində yeni Avropa səviyyəli futbolçuların alınmaması da rol oynadı. Bu dəfə klubda büdcə ilə bağlı problemlər olmayacaq ki?
- Yox. Sponsorumuz Qarabağ adının məsuliyyəti ilə klubu təstəkləməkdə davam edir. Siz də bilirsiniz ki, dünyada iqdisadi çətinliklər var. Buna baxmayaraq, sponsorumuzun büdcəsi tam stabildir. Bunu Qurbanov da bilir. Limitləri də, büdcəni də bilir. Qapılar açıqdır. İndi qalır onun uyğun oyunçular seçməsi. 
 
- “Qarabağ” Azərbaycanın yaralı bölgəsini təmsil edir. Buna görə dövlət kluba dəstək olurmu? 
- Siz də bildiniz, əvvəllər oldu. Amma indi biz hesab edirik, öz büdcəmiz kifayət edir. Avropada elə klublar var ki, büdcəsi güclüdür. Biz heç vaxt büdcə baxımından Avropa klubları ilə rəqabət etməyəcəyik. Bizim udduğumuz “Dnepr” Avroliqanın finalında oynadı. Oyunun gedişinə, bir az da şansa baxır. Hesab edirəm ki, “Qarabağ” rəqibləri üçün çətin komanda olacaq. 
 
- Əlbəttə ki, fikriniz mövsümü “qızıl dubl”la başa vurmaqdır. Kubokun finalındakı rəqibiniz “Qəbələ”də çempion ola bilmədikləri üçün motivasiya aşağıdır, amma sizdə əksinə. Bu amil finaldakı oyun necə təsir edəcək?
- Oyun Naxçıvanda olacaq. Ora yeni bir yerdir, yeni ab-hava olacaq. Naxçıvan rəhbərliyi orada böyük işlər görüb, futbola maraq böyükdür. Orada böyük həyəcan olacaq və o həyəcan hamıya təsir edəcək, “Qəbələ” də bundan təsirlənəcək. “Qəbələ” həmişə bizə çətin rəqib olub. Biz onlara güclü rəqib kimi baxırıq. Var gücümüzlə hazırlaşacağıq. Onların da udman üçün motivasiyaları var. Onlar peşakər futbolçulardı. Hesab edirəm ki, final “Qarabağ” üçün çox çətin olacaq. 
 
- Bayaq deyirik ki, bu il “Qarabağ” üçün çətin oldu. Amma əvvəlki illərə baxanda görürük ki, çempionluq uğrunda 4 komanda mübarizə aparırdı. Lakin sonra üç, bu il iki… Belə çıxır növbəti mövsüm heç rəqib olmayacaq. 
- Mən orada xüsusilə “Qəbələ” ilə olan gərgin rəqabəti vurğuladım. Etiraf edim ki, “Qəbələ” bu il güclü idi. Amma digər rəqiblərə baxanda sizinlə razılaşıram ki, rəqabət əvvəlki illərə baxanda, az idi. 
 
- Keçən dəfə də bu barədə danışmışdıq. Azarkeşlər Naxçıvana getməklə bağlı çətinlik çəkirlər və bu barədə bəyanat yaydılar. Azarkeşlərin Naxçıvana aparılması ilə bağlı sizdə fikir dəyişikliyi yoxdur?
- Yox. Əlbəttə ki, finalın Bakıda olmasının üstünlükləri var. Amma bir şeyi unutmayaq ki, futbolun məqsədi hamımızı birləşdirməkdir. Ona görə də final matçının bölgələrdə keçirilməsinə müsbət baxıram. Bəli, Bakıdakı azarkeşlərimiz üzüləcək, amma Naxçıvandakı fanatlarımız sevinəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30