23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Qarabağ"dan tarixi göstərivi

Topaz Premyer Liqasında 2016/17 mövsümünün çempionu müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, Ağdamın “Qarabağ” klubu qızıl medalları XXVI turda təmin edib.
 
Əyalət klubu “İnter”lə səfər oyununda (3:0) xal hesabını 56-ya çatdırıb. 2-ci pillədə qərarlaşan “Qəbələ” səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğundan Qurban Qurbanovun yetirmələri sona 2 tur qalmış 1-ci yeri təmin edib. İzləyicisini 7 xal qabaqlayan “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə Azərbaycan çempionu olub. Ağdam təmsilçisi ölkə futbolu tarixinə ardıcıl 4 mövsüm 1-ci yeri tutan ilk komanda kimi düşüb. 2013/14, 2014/15, 2015/16 mövsümlərində də çempion olan “Qarabağ” ilk uğurunu 1993-cü ildə əldə edib.
 
Qeyd edək ki, ümumilikdə “Neftçi” 8, “Qarabağ” 5, “Kəpəz” 3, “İnter”, “Bakı”, “Şəmkir” 2, “Turan”la “Xəzər Lənkəran” 1 dəfə Azərbaycan çempionu olub.
 
1992
“Neftçi” (Bakı)
1993
“Qarabağ” (Ağdam)
1993/94
“Turan” (Tovuz)
1994/95
“Kəpəz” (Gəncə)
1995/96
“Neftçi” (Bakı)
1996/97
“Neftçi” (Bakı)
1997/98
“Kəpəz” (Gəncə)
1998/99
“Kəpəz” (Gəncə)
1999/2000
“Şəmkir”
2000/01
“Şəmkir”
2001/02
yarımçıq qalıb
2003/04
“Neftçi” (Bakı)
2004/05
“Neftçi” (Bakı)
2005/06
“Bakı”
2006/07
“Xəzər Lənkəran”
2007/08
“İnter” (Bakı)
2008/09
“Bakı”
 2009/10
 “İnter” (Bakı)
2010/11
“Neftçi” (Bakı)
2011/12
“Neftçi” (Bakı)
2012/13
“Neftçi” (Bakı)
2013/14
"Qarabağ" (Ağdam)
2014/15
"Qarabağ" (Ağdam)
2015/16
"Qarabağ" (Ağdam)
2016/17
"Qarabağ" (Ağdam)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30