19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Oruc Balaşlı: “Yəqin ki, bu səbəbdən yığmaya çağırılmadım”

Futbol üzrə Azərbaycan I Divizionun XXIV turu çərçivəsində keçirilən “Zaqatala” – “Səbail” (1:1) matçından sonra ev sahibi komandanın yarımmüdafiəçisi Oruc Balaşlı Futbolxeber.az saytının əməkdaşının suallarını da cavablandırıb:
 
- Bizim üçün önəmli oyun idi, itirdiyimiz xalı bərpa etmək üçün. Yaxşı başlamışdıq, amma sonradan fiziki olaraq, çatdırmadıq. 
 
- İlk hissədə, rəqib çoxlu səhvlərə yol verdi, qol da vurdunuz. Bəs ikinci hissədə nə baş verdi?
- Məncə, ikinci hissədə bir az zəif oynadıq, fiziki baxımdan çatdırmadıq. Onlar da üstümüzə gəlirdilər. 
 
- Turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmısız, sona da 2 tur qalıb. Premyer Liqaya vəsiqə qazana biləcəksiniz?
- Əlimizdən gələni edəcəyik. Qarşıda “Ağsu” ilə oyunumuz var. Onu da udaq… Mövsümü maksimin nəticə ilə bitirmək istəyirik. 
 
- Rəhbərliyin bu barədə tələbi nədir?
- Tələb ilk iki pillədən birini tutmaq idi, amma bu alınmadı. Bilmirəm, 3-cü yeri tutmaq mümkün olacaq, ya yox. Amma əlimizdən gələni edəcəyik. 
 
- İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək milli komandamıza çağırılacağın gözlənilirdi, lakin bu alınmadı. Bu sənə necə təsir etdi? Ümumiyyətlə bu barədə səninlə əlaqə saxlayan oldumu?
- Əlaqə saxlanılmayıb. Getmək istəyirdim. Məni çağırmadı, məşqçinin fikridir. Yəqin ki, I Divizionda oynadığıma görə yığmaya çağırılmadım. 
 
- Son vaxtlar “Zaqatala” azarkeşləri baş məşqçini istefaya səsləyirlər. Səncə, uğursuzluğun səbəbi baş məşqçidir, ya necə?
- Komandada işlər pis gedəndə həmişə məşqçini günahlandırırlar. İkinci dözrə fiziki cəhətdən pis oynadıq. 
 
- Maaşlarınızın verilmədiyi deyilir…
- İstər-istəməz bizə bunun da təsiri var. Hələ də verilməyib. 
 
- Bu amilin komandanın uğursuzluğuna səbəb olduğunu demək olarmı?
- Təsiri var, amma tam olaraq, buna bağlamaq olmaz. 
 
- Bu mövsüm özünü yaxşı tərəfdən göstərə bildin, hazırda çempionatın bombardirisən. Premyer Liqa klublarından təklif gözləyirsən?
- Əlbəttə, gözləyirəm. Hədəfim orada oynamaqdır.
 
- Az məbləğə Premyer Liqanın orta səviyyəli klublarında oynaya bilərsən?
- İnşallah, “Zaqatala” ilə Premyer Liqaya çıxmaq istəyirəm. O alınmasa, qəbul edərəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30