25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Zaqatala”nın baş məşqçisi: “Nəticə ədalətlidi”

Azərbaycan I Divizionun XXIV turu çərçivəsində keçirilən “Zaqatala” – “Səbail” (1:1) matçından sonra ev sahibi komandanın baş məşqçisi Şaban Şirdanov mətbuat konfransında sualları cavablandırıb. Futbolxeber.az-ın məlumatına görə, mütəxəssis heç-heçəni belə şərh edib:
 
- İkinci yeri tutmaq üçün nəzəri cəhətdən şansımız qalırdı. Oyuna yaxşı başladıq. Üstün oyun göstərirdik. Təəssüf ki, fasilədən sonra bu tempi saxlaya bilmədik. Deyərdim ki, fasilədən sonra qonaqların cəmi bir real şansı oldu və ondan da yararlandılar. Ümumi oyunu götürdükdə, hesab edirəm ki, nəticə ədalətlidi. Ancaq təəssüflənirəm ki, fasiləyədək əldə etdiyimiz fürsətləri boşa verdik.
 
- Fasilədən sonra qonaqlar tempi artırdı, amma komandanız müdafiəyə çəkilmək əvəzinə, açıq futbola üstünlük verdi.
- Oyundan sonra danışmaq asandı. İlk yarıda 2-3 qol vursaydıq, fərqli suallar səslənərdi. Ancaq nəticə qənaətbəxş deyil və bu cür suallar təbiiləşir. Özünüz də gördünüz ki, ilk 45 dəqiqədə bir qol yox, 2-3 dəfə fərqlənməli idik. Eyni tempi qoruya bilmədik. Biz pressinq tətbiq edirdik. Sonadək bunu həyata keçirə bilmədik. Yaradılmış qol epizodlarına görə, biz qalib gəlməli idik, amma sərgilənən futbola görə, nəticəni əldalətli hesab edirəm. Tarixdə nəticə qalır və bu gün biz 1:1 oynadıq. Qismət beləymiş.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30