25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ruslan Tağızadə: “Başıma gələni heç bir futbolçuya arzulamaram”

Futbol üzrə Azərbaycan I Divizionun XXIV turu çərçivəsində keçirilən “Zaqatala” – “Səbail” matçından sonra qonaq komandanın yarımmüdafiəçisi Ruslan Tağızadə Futbolxeber.az saytının əməkdaşının suallarını da cavablandırıb:
 
- Oyun başlayan kimi rəqib çox pressinq edirdi. Biz də çalığdıq ki, pressinqdən çıxaq, amma alınmadı. Zədə aldım. Adi bir epizodda ayağımda zədə yarandı. Birinci hissədə komandamız elə də yaxşı təsir bağışlamasa da, ikinci yarıda çox yaxşı oynadılar. Şükürlər olsun ki, 1 xal qazana bildik. İkinci yer uğrunda mübarizə gedir, biz də həmin komandalardan biriyik. Hazırda üstünlük bizdədir. Çünki ikinci yerdəyik və bu oyunda da xal qazandıq. Məncə, “Zaqatala”nın 2-ci yeri tutmaq şansı bitdi. İkinci yer uğrunda “Ağsu”, “Qaradağ-Lökbatan” və biz mübarizə aparacağıq. 
 
- Zədənin son durumu nə yerdədir?
- Bilmirəm, həkim baxacaq. Bakıya gedəndən sonra hər şey bəlli olacaq. 
 
- Artıq I Divizionda mövsüm başa çatır. Yenidən Premyer Liqa klublarından birinə qayıtmaq ehtimalın var?
- Bundan əvvəl də demişəm. Bir-iki futbolçunu çıxmaq şərtilə, Premyer Liqadakı futbolçulardan elə də zəif deyiləm, onlardan dad aha yaxşı çıxış göstərərəm. Qismət… Mənim başıma gələni heç bir futbolçuya arzulamaram. Öz səhvlərim uzbatından I Diviziona düşdüm.  İnşallah, o səhvləri bir daha etmərəm. 
 
- Premyer Liqaya “Səbail”lə çıxmaq variantın necədir?
- İnşallah, Premyer Liqaya yüksəlmək istəyirik. Elitaya vəsiqə qazanaq və elə “Səbail”də də qalım… Yaxşı olandan sonra niyə də qalmayım. 
 
- İlk hissədə azarkeşlərlə aranda gərginlik yarandı. Deyəsən, söz atırdılar…
- Həqiqətən də azarkeşlər çox hörmətsizlik etdilər. Çünki 6 ay burada oynamışam. Yaxşı oyunlarım olub və mən gedəndə də komanda pis deyildi. Sadəcə olaraq, belə etməməli idilər. Mən kefimndən elə etmirdim. Ayağım ağrıdığı üçün kənara yavaş-yavaş çıxırdım. Kənardan xoşagəlməz sözlər dedilər. Ayıbdı. Onlara yaraşdırmadım. Belələrinə də azarkeş demirəm. Bilirsən ki, ayağım ağrıyır, artistilik etmirəm. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30