26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” “Ayntraxt”ı darmadağın edib, mərhələ adladı

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir Cup”da qrup mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, H qrupunda mübarizə aparan “Qəbələ”nin U-12 komandası bu mərhələdə 5 matç keçirib. 
 
“Qırmızı-qaralar” “Manisa Bələdiyyəspor”, “Kamalpaşa 1923” və Muğla yığması ilə qolsuz heç-heçə edib. “Altınordu”ya 0:1 hesabı ilə uduzan “Qəbələ” Almaniyanın “Ayntraxt” (Essen) klubu üzərində böyükhesablı qələbə qazanıb – 3:0. Mərhələni 6 xalla başa vuran “qırmızı-qaralar” 4-cü yeri tutub. Bu nəticələr Zaur Hacıyevin yetirmələrinin növbəti mərhələyə yüksəlməsinə imkan yaradıb.
 
Bu raundda 32 komanda 8 qrupda çıxış edəcək. “Qəbələ” E qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri Türkiyənin “Altay”, “İnegölspor” və Rusiyanın “Krasnodar” klubları olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30