26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Armenteros: “Qarabağ”da 5000 manata yaxın mükafat alırdıq”

“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros İsveçin fotbollskanalen.se saytına Ağdam klubu ilə bağlı müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, “Herakles”in hücumçusu Azərbaycanda keçirdiyi günləri yada salıb, “Qarabağ” rəhbərliyi barədə danışıb:
 
- “Anderlext”dən ayrılıb, “Qarabağ”a keçidiniz necə baş tutdu?
- Onlar mənə 3 milyon avro ödəyə bilmirdilər. Bəziləri mənim orda qalmağımı istəyirdilər. Amma digərləri buna imkan vermirdilər. Bir neçə ay çox çətin oldu. Sonra müqaviləni qarşılıqlı şəkildə pozduq və “Qarabağ”a yollandım. “Anderlext”də yaxşı müqaviləm var idi. Ağdam klubunda “Anderlext”dən gedən daha bir futbolçu – Reynaldo çıxış edirdi. Bu istedadlı hücumçunu mən də tanıyırdım. Onunla əlaqə saxlayıb, Bakı haqda məlumat aldım. Reynaldo dedi ki, Bakı möhtəşəm şəhərdi. Azərbaycan paytaxtının, həqiqətən də, gözəl olduğunu gördüm. Orda 5 ulduzlu oteller, gözəl hava var və hər şey təhlükəsizdi. “Qarabağ” ölkə çempionatında çox uğurlu çıxış edir. Biz Avropa Liqasında da qrup mərhələsinədək irəlilədik. Hesab edirəm ki, orda çıxış etdiyim müddətdə yaxşı zaman keçirdim.
 
- Bu klubun sahibi kimdi? Onlar imkanlı oliqarxlardımı?
- Tamamilə doğrudu. Azərbaycan neft ölkəsidi. Çox sayda zəngin adamlar var. “Qarabağ”ın prezidentinin isə türkiyəli biznesmen olduğunu deyə bilərəm.
 
- Orda da da çoxlu cəlbedici mükafatlar alırdızmı?
- Əlbəttə.
 
- Orda pulu necə qazanırdız?
- Azərbaycanda çox yerdə əməliyyatlar nağd şəkildə aparılır. Kartla ödənişlər azdı.
 
- Siz “Qarabağ”da 1 ildə nə qədər qazanırdız?
- Mən bu komandaya gələndə 1 manat təxminən 1 avroya bərabər idi. Mövsüm ərzində keçirdiyimiz 34 oyundan az qala 30-da qələbə qazandıq. Hər qələbə üçün 5000 manata yaxın mükafat alırdıq.
 
- Bir qələbənin İsveç kronu ilə təxminən 50 min dəyərində olduğunu deyirsiz?
- Yox, heç də hər şey belə deyildi. Çünki mükafat rəqibdən də asılı idi. Nisbətən kiçik komandalarla oynadıqda bu mükafat 3000 manata düşürdü.
 
- Bu pul da nağd yolla əlinizə gəlirdi?
- Bəli.
 
- Bəs niyə bu komandadan ayrıldız?
- Bu, mövsümün sonlarında – martın əvvəlində oldu. Həmin vaxt böyük xal fərqi ilə irəlidə idik. Kubokda irəliləyirdik, Avropa Liqasında isə mübarizəni dayandırmışdıq. Çox oyunlar olmadığından meydana çox çıxmağıma ehtiyac yox idi. Əgər mövsüm ərzində ən azı oyunların 75 faizində iştirak etsəydim, müqaviləm avtomatik uzadılırdı. Amma mən oyunların yalnız 72 faizində çıxış etdim. Bu faizlər gələcək maaşa da təsir etməli idi. Qazancım 2 qat artırılacaqdı. Onu da deyim ki, orda heç vaxt ödənişlərlə bağlı problem yaşamadım. Çox təmiz, düzgün klubda oynayırdım. Onlar o qədər təmiz idilər ki, mövsümün sonunda mənə oynamamağımın səbəbini də izah etdilər. Bildirdilər ki, növbəti mövsüm mənə pul verə bilməyəcəklər (gülür). Hər şey mənə aydın oldu. Bildim ki, müqaviləm uzadılmayacaq. Amma bayram hər gün olmur. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30