19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Qəbələ” “Ayntraxt”a qarşı

“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Türkiyədə keçirilən “İzmir cup”da qüvvəsini sınayacaq. 
 
Komanda aprelin 13-də start götürəcək turnirdə H qrupunda mübarizə aparacaq. “Qəbələ” qrupdakı bütün oyunlarını həmin gün keçirəcək. Öncə “Berqama İzmir”, ardınca “Kamalpaşa 1923”lə üz-üzə gələcək təmsilçimiz 3-cü rəqibi Almaniyanın “Ayntraxt” (Essen) klubu olacaq. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda son iki matçında “Altınordu” və Muğla yığması ilə qarşılaşacaq. Qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə yüksələcək ki, bu raundun oyunları aprelin 14-15-də keçiriləcək.
 
“Qırmızı-qaralar” turnirə aşağıdakı heyətlə yollanıb: Okan Təhməzli, Nihad Xəlilli, Eşqin Əhmədov, Elmir Hüseynli, Elvin Qarayev, Sami Əmiraslanov, Murad Musayev, İzaxar İzaxarov, Ömər Qurbanov, Zəfər Bayramov, Samir Ağayev, Məmməd Muradov, İlkin Rəcəbli,  Məhəmməd Fəhlulov, Rəvan Abdulllayev, Hüseynağa Səlimov, Rüfət Bədəlzadə, Murad Ələkbərov.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30