29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Zirə”nin hakimi söyən futbolçusu cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin 25-ci tur qarşılaşmaları ilə bağlı da cəzalar açıqlanıb. Sizi həmin qərarlarla tanış edirik:
 
“Kəpəz” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində qonaq komandanın futbolçusu Sənan Əbilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
 
“Qarabağ” – “Qəbələ” matçında ev sahibi qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
 
AZAL – “Sumqayıt” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
 
“Zirə” – “İnter” matçının 69-cu dəqiqəsində ev sahibi komandanın futbolçusu Vüsal İskəndərli hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31