29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Abasov: “Qulağımıza başqa söhbətlər də çatmışdı”

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda AZAL doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. “AZAL Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Abasov qələbəni belə şərh edib:
 
- Həmişəki kimi, AZAL-la oyunumuz çox çətin keçdi. Bir tərəfdə hər xal üçün sona qədər mübarizə aparan, digər tərəfdə isə stimulu qalmayan rahat komanda... Təbii olaraq bizim həyəcanımız daha çox idi. Mən özüm günlərdi futbolçularımı bu həyəcanla oyuna necə çıxaracağımı bilmirdim. Təəssüflər olsun ki, həyəcanına uduzan oyunçularımız var idi. Bəzi təcrübəli futbolçularımız sağ olsun ki, onlara meydanda kömək etdi. Oyun planımızı da məhz bu amil üzərinə qurmuşduq. AZAL ilə oyunda yaxşı futboldan söhbət etməyə dəyməz. Bizim üçün vacib olan qələbə qazanmaq idi və bunu bacardıq. Qarşıda bizim adımıza sonuncu əsas oyun gəlir. “Zirə” ilə oyuna hazırlaşacağıq. AZAL səfərində qələbə qazanmaq nə qədər vacib idi, bunu sözlə ifadə edə bilmirəm. Oyunun bitməsinə baxmayaraq, həyəcan mənim özümdə qalıb. Bu qələbə “Zirə”yə qarşı çətin matç öncəsi böyük motivasiya oldu. Sağ olsun futbolçularım, bu günə qədər “AZAL Arena”da qələbə qazana bilməmişdik. Bu uğursuz seriyaya da son qoymağa nail olduq. 
 
- Liqada heç bir hədəfi qalmayan bir komandanın sizə bu qədər çətinlik yaşadacağını gözləyirdinizmi?
- Əlbəttə, təxmin edirdik. Qulağımıza başqa söhbətlər də çatmışdı. Ancaq nələr olduğunu burada açıqlaya bilmərəm. Oyunçularımıza da bu haqda xəbərlər çatmışdı ki, AZAL bizimlə görüşə necə ciddi yanaşır. Bizim bunu əvvəlcədən bilməyimiz xeyrimizə oldu. Eyni statusda olmayan komandalar görüşəndə digər tərəf özünü göstərməyə çalışır ki, biz də burdayıq. Gözlədiyimiz kimi də oldu. Rəqib ciddi müqavimət göstərdi. Bir az da bəzi futbolçularımızın təcrübəsiz olması bizə çətinlik yaratdı. Heyətimizdə olan təcrübəli futbolçular meydanda yoldaşlarına kömək edərək komandanı qələbəyə aparmağa nail oldular.
 
- Açıqlamanız bizdə maraq oyatdı. Söhbət “Zirə” tərəfindən rəqibinizin sitimullaşdırılmasından gedir?
- Xeyr, söhbət sitimullaşdırılmadan getmir. “Gəlin, sizi gözləyirik” deyə şüarlar var idi. Bəlkə də zarafat idi, bəlkə başqa nə idisə. Biz də gəldik. (futbolinfo.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31