26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ayxan Abbasovun heç-heçə şərhi

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Zirə” doğma meydanda “İnter”lə 1:1 bərabərə qalıb. Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Ayxan Abbasov heç-heçəni belə şərh edib:
 
- Bürünc medalı təmin etdiklərinə görə “İnter”i təbrik edirəm. “İnter”lə oyunlarımız həmişə gərgin keçir. Bundan öncəki üç oyunda da bu komandayla bərabərə qalmışdıq. Oyuna pis başladıq. Erkən qol buraxdıq. Ancaq sonradan toparlana bildik. 100 faizlik qol epizodlarımız olsa da, yararlana bilmədik. Bundan sonra hər xal qızıla bərabərdi. Ümid edirəm ki, gələn oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq.
 
- Krneta və Sanqarenin vəziyyəti necədi? 
- Krneta oyunöncəsi isinmə hərəkətlərində ayağında ağrı hiss etdi. Buna görə, risk edib oynatmadıq. Onun mövqeyində şans verdiyim Lorenso da yaxşı təsir bağışladı. Şemonayevə də fərqli mövqedə şans verdim. Lakin o da özünü yaxşı tərəfdən göstərdi. Sanqarenin zədəsi elə ciddi deyil.
 
- UEFA növbəti mövsümdə avrokuboklarda iştirak etməyinizə icazə verdi... 
- Buna əvvəlcədən hazırlaşırdıq. UEFA-nın tələblərini mövsümün əvvəlindən yerinə yetirməyə başlamışdıq. Əslində, elə ötən mövsümdən hazır idik. Klubumuz UEFA-nın bütün tələblərinə cavab vermək üçün hər şey edib. Ümid edirəm ki, avrokuboklara vəsiqə qazana biləcəyik.
 
- Bu gün baş tutacaq AZAL - “Sumqayıt” oyununda yəqin ki, AZAL-a azarkeşlik edəcəksiz... 
- Həmin oyuna baxa bilməyəcəm. Lakin köməkçilərim həmin matçı izləyəcək. Özüm səfərə hazırlaşıram. Pro kateqoriyası almaq üçün Belarusa gedəcəm. Ancaq həmin oyunda hansısa komandaya azarkeşlik etməyi düzgün hesab etmirəm. Düzgün deyil. Əsasən, qarşıdakı oyunlarımız barədə düşünürük.
 
- Belə vacib məqamda komandanı tərk etməyiniz problem yaratmayacaq ki? 
- Cəmi iki günlük gedəcəm. Düşünmürəm ki, bu, problem yaratsın. (Komanda.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30