25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Zirədə xallar yarı bölündü, "Sumqayıt"dan qələbə (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, son oyun günündə də iki görüş baş tutub.
 
İlk olaraq, diqqətlər Zirəyə yönəlib. Qəsəbənin eyni adlı komandası doğma meydanda “İnter”lə üz-üzə gəlib. Meydandan 1:1 hesablı bərabərliklə aydılan qonaq komanda bürünc mükafatı təmin edib. 
 
Bundan bir qədər sonra isə paytaxtın digər bölgəsində - Şüvəlanda start fiti səslənib. Ötən tur sonuncu pillədə qalacağı rəsmiləşən AZAL evdə “Sumqayıt”a1:2 hesabı ilə uduzub.  
 
Qeyd edək ki, cari tura dünən keçirilən “Kəpəz” – “Neftçi” (2:0) və  “Qarabağ” – “Qəbələ” (0:0) matçı ilə start verilib.
 
Topaz Premyer Liqası
25-ci tur
10 aprel (bazar ertəsi)
 
“Zirə” – “İnter” - 1:1 
Qollar: Riçard Qadze, 19 - Rauf Əliyev, 12
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu
 
AZAL – “Sumqayıt” - 1:2 
Qollar: Ruslan Əmircanov, 41 - Amil Yunanov, 22; Mirabdulla Abbasov, 64
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
“AZAL Arena”
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 25 16 5 4 39-12 53
2 Qəbələ 25 13 10 2 43-14 49
3 İnter 25 11 10 4 36-25 43
4 Zirə 25 8 8 9 22-25 32
5 Sumqayıt 25 8 7 10 24-31 31
6 Kəpəz 25 6 9 10 19-26 27
7 Neftçi 25 8 2 15 19-40 26
8 AZAL 25 1 7 17 12-41 10

Bombardir:
Filip Ozobiç ("Qəbələ") - 11 qol  
Rauf Əliyev ("İnter") - 9 qol  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30