18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Mədətov: “Top əlimə dəymişdi?"

“Qarabağ”ın hücumçusu Mahir Mədətovun Futbolxeber.az saytına müsahibəsi

- Çempionluq oyunu hesab olunan görüşdə nə “Qarabağ” qol vura bildi, nə “Qəbələ”. Qolsuz heç-heçəni necə dəyərləndirə bilərsən?

- Oyun ağır keçdi. Belə olacağını da gözləyirdik. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Amma əsas məqsədimiz yaxşı oynamaq, tapşırıqlarım düzgün yerinə yetirmək idi. Çalışsaq da, qol vura bilmədik.

- “Qarabağ”ı artıq çempionluq münasibəti ilə təbrik etmək olar?

- Çempionatın sonuna hələ 3 tur var. Qarşıdakı görüşlərdə də maksimum gücümüzü qoyacağıq ortaya. Boşalmaq olmaz. Çempionluq barədə indidən danışmaq düzgün olmaz.

- Hər halda, 3 tur üçün 4 xal böyük fərqdir...

- İndiki futbolda hər şey mümkündür. 2 tur xal itirsək, “Qəbələ” qələbə qazansa, əziyyətimizə heyif olar. Ona görə də tam gücümüzlə çalışmalıyıq ki, sonra peşman olmayaq.

- Kubokun finalında da “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan nə gözləmək olar?

- Qarşıda hələ 3 tur var. Finala qədər çempionatdakı çıxışımızı başa vurmalıyıq. Odur ki, hazırda final yox, çempionat barədə düşünürük.

- İkinci hissədə epizodların birində top əlinə dəydi.

- Top əlimə dəymişdi? Baxaram. Amma yadıma gəlmir (gülür). Bəlkə də hissiyatım yoxdu.

Söhbətləşdi: FƏRƏC




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30