20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Qurbanov: “Əvvəllər belə olmamışdı”

Bu gün Topaz Premyer Liqasında 25-ci tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Qarabağ” evdə “Qəbələ” ilə 0:0 bərabərə qalıb. Tofiq Bəhramov adına Respublika stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov heç-heçəni belə şərhə edib:
 
- Gərgin və maraqlı oyun alındı. Oyunçulara təşəkkür edirəm. Xal fərqinə baxmayaraq, gələn oyunlara köklənəcəyik.
 
- Qəbələdəki oyundan sonra Ndlovu demişdi ki, Suraxanıdakı oyunu “Qəbələ” üçün cəhənnəmə çevirəcəyik...
- Suraxanıdakı oyunu demişdi, burdakını yox (gülür).
 
- Komandanın yay hazırlıq planı bəllidi?
- Cari mövsüm çox gərgin keçdi. Əvvəllər belə olmamışdı. Yayda əsas oyunçuların istirahətinə üstünlük verəcəyik. Əsasən, yığmanın oyunçuları çox gərgin mövsüm keçirdilər. Zədələrin də çoxu bu gərginlikdən irəli gəlir. Düzdü, hələ ki, bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik.
 
- Riçard Almeydanın durumu necədi?
- Normaldı. Yaxşılığa doğru gedir. “İnter”lə oyuna hazır ola bilər.
 
- Çempionatın gərgin keçdiyini dediz. Siz həm də, AFFA İcraiyyə Komitəsinin üzvüsüz. Belə fikri komitənin iclasında da səsləndirsəz, komanda sayının indiki kimi saxlanmasının daha yaxşı olduğu fikri yarana bilər. Bir də, çempionatın sonunda komandadan ayrılacaq oyunçuları müəyyənləşdirmisiz?
- Mən həmişə çempionatdakı komandaların sayının artırılmasının tərəfdarı olmuşam. Ancaq məsələyə real baxmalıyıq. Bu gün komandalarda vəziyyət heç də yaxşı deyil. Hətta bəzi komandalara AFFA SOCAR vasitəsilə kömək edir. Lakin cari çempionat çox gərgin keçir. Bunu etiraf etməliyik. Mövsümün sonunda dəyişikliklər olacaq. Futbolçuların sayını çoxaltmağa çalışacağıq.
 
- Qara Qarayevin müqaviləsi mövsümün sonuna kimidi. Onun komandadakı gələcək taleyi necə olacaq?
- Qara qarabağlıdı. Müqavilə ilə bağlı problem yoxdu. Ümumiyyətlə, müqavilə yenilənəcək oyunçu çoxdu. Biz onlara, onlar da bizə inanırlar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30