29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Simurq" "Dila"nı məğlub etdi

 

DÇ-2014-ün seçmə qrup mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Gürcüstana yollanan "Simurq" yoldaşlıq görüşünə çıxıb. Futbolxeber.az xəbər verir ki, "Simurq"un rəqibi Qori şəhərinin təmsilçisi "Dila" klubu olub. Əvvəldən sona qədər üstün oyun nümayiş etdirən sarı-qaralar qarşılaşmadan qalib ayrılıb. Zaqatala təmsilçisinin qolunu oyunun 14-cü dəqiqəsində cərimə zərbəsindən Marçin Burkhardt vurub. Bundan sonra da qarşılaşmada hesabı artırmaq üçün qol şansları düşsədə, futbolçularımız bundan yararlana bilməyib və matç bu hesablada başa çatıb.  
 
Qeyd edək ki, bu gün "Simurq" Zaqatala qayıdacaq və Topaz Premyer Liqasının növbəti turuna hazırlıqları doğma arenada davam etdirəcək. Komandanın rəqibi aprelin 30-da "Bakı" klubu olacaq.
 
"Dila" 0-1 “Simurq”
Qol: Marçin Burkhardt 14
Tengiz Burcanadze stadionu, 1000 azərkeş
Baş hakim: Xvica Qaqanidze 
 
"Simurq": 22 David Pietrzkeiviç, 4 Dilaver Zrnanoviç, 6 Anderson Oliveyra, 7 Ruslan Poladov, 13 Aleksandr Şemonayev (K), 8 Qərib İbrahimov, 9 Marçin Burkhardt, 21 Murad Səttarlı, 25 Mario Bojiç, 28 Nenad Kiso, 12 Tomislav Buşiç.
"Dila": 32 Şekriladze, 7 Aladaşvili (K), 99 Totadze, 6 Kvaxadze, 77 Qvalia , 14 Aburdcania, 12 Qoqua,  11 Kaxeleşvili, 23 Cişkriani, 20 Natan Junior, 80 Leonardo



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31