19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Kamerun federasiyasının rəsmisi: “Azərbaycan millisinin güclü məşqçisi var”

slam oyunlarında futbol yarışlarının püşkü atılıb. Püşkün nəticəsinə əsasən, Azərbaycan millisinin qrudakı rəqiblərindən biri də Kamerun yığmasıdır.

Kamerun Futbol Federasiyasının prezidenti Tombi Sidikinin adminstrativ köməkçisi Odilya Çin Futbolxeber.az saytına müsahibəsində püşkün nəticəsini dəyərləndirib. O, qrupdakı rəqiblərdən çəkinmədiklərini bildirib: “Kamerun milisi yaxşı komandadır. Biz rəqiblərimizdən çəkinmirik. Qrupdakı rəqiblərimizdən biri də ev sahibi kollektiv olacaq. İnanıram ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərəcəklər”.

Çin “Azərbaycan yığması haqda hansı məlumatlara maliksiniz” sualını belə cavablandırıb: “Azərbaycan millisinin oyununu görməmişik. Amma bilirəm ki, komandanızın güclü məşqçisi var. Üstəlik, heyətdə yaxşı futbolçular toplaşıb. Aydın məsələdir ki, milliyə ən yaxşılar dəvət alır”.

Kamerun Futbol Federasiyasının rəsmisi paytaxtımız haqda müsbət fikirlər səsləndirib: “Bakı çox gözəl şəhərdir. Hündür binalar ilk baxışdan diqqəti cəlb edir. Kamerundakı kimi burada da insanlar çox mehribandılar. Bu şəhərə gələn qonaq hər hansı çətinliklə üzləşmir. Ölkənizin İslam oyunlarını yüksək səviyyədə təşkil edəcəyinə əminəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30