23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Nicat Qurbanov: “Bu, oyunçu üçün böyük cəzadır”

“Kəpəz”in əsas komandasının üzvü Nicat Qurbanovun dörd oyunluq cəzası artıq başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” ilə oyunda qırmızı vərəqə alaraq komandanı azlıqda qoyan futbolçu uzun müddətdir meydanda görünmür. 
 
Cəzasının başa çatması ilə bağlı klub saytına açıqlama verən yarımmüdafiəçi bunları deyib: “Bir ay demək olar ki, Premyer Liqada futbol oynamadım. Bu da oyunçu üçün böyük cəzadır. Səhvimi də başa düşürəm. Səhvim vardı, bunu danmıram. Bundan sonra belə şeylərə yol verməyəcəm. Cəzalandığıma görə dörd  oyunda iştirak etmədim və bununla da komandaya yardımçı ola bilmədim. Özüm də futbolsuz qaldım. Bundan sonra “Kəpəz” üçün daha yaxşı nədirsə, onu etməyə çalışacam. Futbol oynamasam da, məşqlərə öz qaydasında davam etmişəm. Formada qalmaq üçün iki matç əvəzedici heyətdə oynamışam. Baş məşqçimiz Şahin Diniyev şans versə, qarşıdakı turda komandaya oynamaqla kömək etmək istəyirəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30