26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qriqorçuk: “Öncədən bu haqda danışa bilməzdik”

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, ilk oyundan “İnter”i məğlub edən (3:1) “Qəbələ” cavab qarşılaşmasıda da 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb. 
 
Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib: “Oyundan və nəticədən razıyıq. Qalib gəldik və finala yüksəldik. Hər şey yaxşıdır. İlk oyundakı 3:1 hesablı qələbəyə əsasən finala çıxdığımızı söyləmək olmazdı. Biz öncədən bu haqda danışa bilməzdik. Matça ciddi hazırlaşmışdıq. “İnter” yaxşı komanda, ciddi və peşəkar rəqibdir. Ona görə də qarşılaşmaya ciddi hazırlaşmışdıq. “İnter”ə hörmətlə yanaşıram”. 
 
Ukraynalı mütəxəssis meydana çıxardığı start heyətlə bağlı da fikir bildirib: “Biz sıx qrafiklər oynayırıq. Bu səbəbdən də meydana funksional baxımdan daha yaxşı olan, digərləri ilə müqayisədə az çıxış edənləri buraxmışdıq. Hücumda fərqli oyunçulara şans verə bilərik. Onların durumunu, tələblərimizi yerinə yetirməsini nəzərə alırıq. Baqali Dabo uzun müddət buraxdığından tam hazır deyil. Daniel Subotiçin isə sistemimizə uyğun gəlməsi üçün vaxt lazımdır. Ümumilikdə isə ən hazırlıqlıları meydana buraxmaq prinsipimiz dəyişməyib”. 
 
O bəzi futbolçularının çıxışını da dəyərləndirib: “Bugünkü matçda bir sıra müsbət məqamlar gördüm. “Zirə” ilə ötən qarşılaşmamız isə 2 il yarım ərzində keçirdiyimiz ən yaxşı oyunlarımızdan biri idi. Lakin yaratdığımız imkanlardan qol vura və qalib gələ bilmədik. Amma oyun planında ideala yaxın məqamlar da izlədim. Teo Uiks bizə gələndə daha hücumameylli idi. Mən onu öz sistemimizdə dayaq yarımmüdafiəçisi kimi görürəm. Uiks buna uyğun çox şey bacarsa da, üzərində bir az da çalışmalıdır. Rəşad Eyubovun bugünkü oyununu pis adlandırmazdım. Sadəcə bacardığını etsə kifayətdir və artıq nə isə fikirləşməyə ehtiyac yoxdur”. 
 
Təcrübəli çalışdırıcı Premyer Liqanın növbəti - 25-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqda da danışıb: “Aprelin 9-da “Qarabağ”la keçirəcəyimiz matç adi gün deyil. Bir-iki matçı saymasaq, “Qarabağ”la bütün görüşlərimiz ciddi oyun, çempionatın bəzəyi olub. İstərdim ki, yenə belə olacaq qarşılaşmada qələbə qazanaq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30