19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ" və "Qarabağ" finalda

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, keçirilən iki matçdan sonra finala çıxan komandalar bəlli olub.
 
Günün ilk start fiti Qəbələdə səslənib. Şəhərin eyni adlı komandası doğma meydanda “İnter”lə üz-üzə gəlib. İlk matçda qələbə qazanan (3:1) rəqibini cavab görüşündə də 2:0 hesabı ilə məğlub edərək finala adlayıb. 
 
Bundan bir qədər sonra isə diqqətlər paytaxt Bakıya yönəlib. “Qarabağ” evdə “Neftçi” ilə üz-üzə gəlib. İlk matçda rəqibini məğlub edən (2:0) Ağdam təmsilçisi cavab görüşündə meydandan qolsuz bərabərliklə ayrılsa da, finala vəsiqə qazanan tərəf olub.
 
Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
5 aprel (çərşənbə)
 
“Qəbələ” - “İnter” - 2:0
Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33
İlk oyun - 3:1
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu
 
“Qarabağ” – “Neftçi” - 0:0 
İlk oyun - 2:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30