26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” yenidən Yunanıstana yollanır

"Qəbələ" Futbol Akademiyasının komandaları bu ay bir neçə turnirə qatılacaq.

Futbolxeber.az saytının məlumatına görə, akademiyanın direktor müavini Nail Kərimov sportnet.az-a açıqlamasında 3 yaş qrupu üzrə müxtəlif yarışlarda iştirak edəcəklərini bildirib.

Onun sözlərinə görə, "Qəbələ"nin U-12 komandası Türkiyədə ənənəvi "İzmir Cup" turnirində çıxış edəcək. Yarış 12 - 15 apreldə baş tutacaq.

U-15 komandası Yunanıstanın paytaxtı Afinada "Elite Neon Cup"da qüvvəsini sınayacaq. Qrupda

"Qəbələ"nin rəqibləri "Apollon" (Kipr), "Partizan" (Serbiya) və "Panatinaikos" (Yunanıstan) olacaq. Bu turnir 19 - 24 apreldə keçiriləcək.

U-16 komandası isə Gürcüstanın paytaxtı Tbilisidə Vitali Daraseliyanın xatirə turnirində mübarizə aparacaq. "Qəbələ" Tbilisi "Dinamo"su, Belçikanın "Gent" və İtaliyanın "İnter" klubları ilə eyni qrupa düşüb. Turnir 19 - 26 apreldə olacaq.

Qeyd edək ki, "Qəbələ"nin əsas komandası 2015-2016 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la üz-üzə gəlib. Qalmaqallı qarşılaşmalar Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:1, 1:0.

2 il əvvəl isə Roman Qriqorçukun komandası Avroliqanın pley-offunda səfər qolu sayəsində "Panatinaikos"u mübarizədən kənarlaşdırıb - 0:0, 2:2.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30