20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Abdullayev: "Hər məğlubiyəti yubileylə şey eləmək olmaz"

Elxan Abdullayev: "Hər qələbəni, hər məğlubiyəti yubileylə şey eləmək olmaz"

Mehman Rəsulov (yavaşca): "Əlaqələndirmək"

Elxan Abdullayev: "Əlavə eləmək"...

Bu dialoq dünən Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Sumqayıt”a qarşı keçirilən oyundan sonra “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin iştirakı ilə təşkil olunmuş mətbuat konfransında yaşanıb.

Bu, həmin Elxan Abdullayevdir ki, Azərbaycan dilində fikrini tam ifadə edə bilmir. Əvəzində jurnalistləri “Neftçi”ni sevməməkdə, komandanın məğlubiyyətinə sevinməkdə ittiham edir.

Hətta “Qarabağ”a məğlubiyyətdən sonra “Neftçi”nin çalışdırıcısı üzünü bir qrup jurnalistə tutaraq, “Sizi yaxşı tanıyıram, bir qrup adamsız, “Neftçi”nin uğurlarını görmək istəmirsiz, hər şeyə qara “oçki” ilə baxırsız. Mən sizinkimilərin sevinməsinə imkan verməyəcəm. Mövsümün sonunda hamınızı bir-bir çağırıb, “Neftçi”nin uğurlarını sizə başa salacağam” demişdi.

Yaxşı olardı ki, jurnalistlərə nəyisə başa salmamışdan öncə Elxan bəy Azərbaycan dilində danışmağı səlis öyrənsin. Yoxsa bu gedişlə mətbuat konfranslarında “siz məni düzgün başa düşmədiz” fikrini çox səsləndirəcək...

Elxan bəy, jurnalistlər “qışdan sonra “Qarabağ” və “Qəbələ”dən başqa, bütün komandaları udmalıyam”, “Yenilənmiş heyətlə “Zirə”yə uduzsam, vəzifəmdən gedərəm” kimi fikirlərinizi də yaxşı xatırlayırlar... Əvəzində yenilənmiş “Neftçi”nin “Sumqayıt” tərəfindən “ippon”a düşməsini gördük dünən. “Neftçi”ni dəstəkləmək üçün daim yanınızda olan, komandanı təmənnasız sevən azarkeşlərin əziyyətinə heyfiniz gəlsin...

Uğursuzluq bir yana, 80 yaşlı, Azərbaycan futbolunun flaqmanı olan klubun baş məşqçisinin doğma dilində səlis danışa bilməməsi böyük qəbahətdir...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30