17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qriqorçuk: “Böyük üstünlük bizdə idi”

Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Zirə” ilə 1:1 bərabərə qalıb. Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərhə edib:
 
“Oyun haqda fikir bildirmək çətindir. Aydın məsələdir ki, bu qarşılaşmada bizə nəticə, 3 xal qazanmaq lazım idi. Biz bunu bacarmadıq. Lakin futbolçuları qınamaq çətindir. Birinci hissədə 5-7 dəqiqə düzgün oynamadıq və rəqib qısa müddət topa nəzarət etdi. Bu anlar istisna olmaqla böyük üstünlük bizdə idi. Yaxşı oynadıq. Amma yenə vurmalı olduğumuz qolları rəqib qapısından keçirə bilmədik. Az qol vuranda və imkanlardan istifadə edə bilməyəndə qələbə qazanmaq imkanından məhrum olursan”. 
 
Ukraynalı mütəxəssis qarşıdakı oyunlar haqda da danışıb: “Bunu arxada qoyub, yolumuza davam etməliyik. Bugünkü görüşün nəticəsindən asılı olmayaraq, qarşıdakı görüşlərdə, hər oyunda qalib gəlməliyik. Aydındır ki, turnir cədvəli baxımından işimizi çətinləşdirdik. Bu matçadək hər şey öz əlimizdə idi. Amma indi biz “Qarabağ”a qalib gəlməli və onların daha bir dəfə büdrəməsini ümid etməliyik. Əgər özün qalib gəlmirsənsə və bugünkü kimi matçlarda qələbə qazana bilmirsənsə, qızıl medal əldə etmək vəzifəsini çox çətinləşir. Belə matçları isə udmamaq olmaz. Biz isə qalib gələ bilmədik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30