23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Samir Abasov: “İlk dəfədir ki, nə deyəcəyimi bilmirəm”

“Bu çempionat ərzində ilk dəfədir ki, nə deyəcəyimi bilmirəm. Yaxşı olar ki, siz sual verəsiz, mən cavab verim. Oyuna elə hazırlaşmışdıq ki...Nə analiz, nə necə oynayacağıq... Taktiki dəyişiklik etdik. Meydana 2 hücumçu ilə çıxmışdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Topaz Premyer Liqasının 24-cü turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Abasov meydana fərqli taktiki düzülüşlə çıxdıqlarını bildirib: “Heyətdə itkilərimiz var idi. Bəlkə də heyətdə problemimiz olmasaydı, 5-3-2 taktiki sxemi ilə meydana çıxmazdıq. Amma həmişə bu sistemlə oynamayacağıq. Taktiki düzülüş rəqibə görə dəyişir”.

“Sumqayıt”ın çalışdırıcısı qarşıda onları 2 vacibin oyununun gözlədiyini bildirib: “Qarşıda 2 vacib oyunumuz var. Əvvəlcə səfərdə AZAL-la qarşılaşacağıq. Daha sonra “Zirə”ni qəbul edəcəyik. Qarşımıza mütləq dördüncü yeri tutmaq tapşırığı qoyulmayıb. Lakin buna nail olsaq, heç də pis olmazdı. Əlimizdən gələni edəcəyik. Amil Yunanovun vurduğu qol oyunun son nöqtəsi idi”.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30