28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ"dan qələbə, "Qəbələ" xal itirdi (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, bütün görüşlər eyni gündə baş tutub. 
 
İlk olaraq, Sumqayıtda start fiti səslənib. Şəhərin eyni adlı komandası doğma meydanda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. 
 
Bundan bir qədər sonra isə diqqətlər Bakıya yönəlib. AZAL səfərdə digər paytaxt təmsilçisi “İnter”lə qarşılaşıb. Bu matçı qonaqlar üçün ölüm-qalım mübarizəsi də adlandırmaq olardı. Çünki ardıcıl 9 oyunda qələbəyə həsrət qalan “təyyarəçilər”ə elitanı tərk etməyin qarşısını ən az bir həftəlik almaq üçün ancaq 3 xal qane edəcəkdi. Lakin bu baş tutmadı və 12 hesabı ilə uduzan AZAL Premyer Liqa ilə erkən vidalaşmalı oldu.
 
Bu matçın startından saat yarım sonra isə liderlər “səhnə”yə çıxıb. “Qarabağ” “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlsə də, “Qəbələ” evdə “Zirə”ylə1:1 bərabərə qalıb.
 
Topaz Premyer Liqası
24-cü tur
2 aprel (bazar)
 
“Sumqayıt” – “Neftçi” - 2:0 
Qollar: Bəxtiyar Həsənalızadə, 60; Amil Yunanov, 63
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
“Kapital Bank Arena”
 
“İnter” – AZAL 2:1 
Qollar: Denis Silva, 48; Rauf Əliyev, 90+1 - Nuqzar Kvirtiya, 90+2
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”
 
“Qarabağ” – “Kəpəz” 2:1 
Qollar: Dino Ndovlu, 41; Markos Madera, 47 - Kərim Diniyev, 26
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
 
“Qəbələ” – “Zirə” 1:1
Qollar: Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 24 16 4 4 39-12 52
2 Qəbələ 24 13 9 2 43-14 48
3 İnter 24 11 9 4 35-24 42
4 Zirə 24 8 7 9 21-24 31
5 Sumqayıt 24 7 7 10 22-30 28
6 Neftçi 24 8 2 14 19-38 26
7 Kəpəz 24 5 9 10 17-26 24
8 AZAL 24 1 7 16 11-39 10
 
Bombar: 
Filip Ozobiç ("Qəbələ") - 11 qol  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31