29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

PFL ayın ən yaxşı qolunu seçir

Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.

Futbolxeber.az saytının məlumatına görə, qurum artıq 5-ci dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.

I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və PFL tərəfindən səsvermə yolu ilə seçilir. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu PFL-nin rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik  olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi PFL-ə məxsusdu. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir. Başa çatan mart ayının ən yaxşı qolu artıq saytımızda yerləşdirilib. 

Qeyd edək ki, PFlL-nin rəsmi saytında sorğunun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib mart ayında I Divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçimi etmək olar. Sorğu aprelin 6-dək qüvvədə olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31