29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”dan ardıcıl 11-ci qələbə

Ağdamın “Qarabağ” klubu Azərbaycan kubokunda ardıcıl 11-ci qələbəsini qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, yarımfinalın ilk oyununda “Neftçi”ni səfərdə 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bundan əvvəlki son 10 qarşılaşmanı da qalib kimi tərk edib. Cari mövsüm 1/8 finalda “Səbail”i 5:0, 1/4 finalda isə  iki dəfə “Sumqayıt”ı məğlub edən (6:0, 5:2) ağdamlıların qələbə seriyası 2014/15 mövsümündə başlayıb. Finalda “Neftçi”ni 3:1 hesabı ilə üstələyən “Qarabağ” 2015/16 mövsümünün bütün matçlarında qalib gəlib. Ağdamlılar 1/8 finalda “Şəmkir”i 2:0, 1/4 finalda “Sumqayıt”ı 2:0 və 4:1, 1/2 finalda “İnter”i 4:0 və 1:0, həlledici matçda isə “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.

Qeyd edək ki, “Qarabağ”ın qalib gələ bilmədiyi son kubok oyunu 2014/15 mövsümünün yarımfinalına təsadüf edib. Həmin vaxt əyalət klubu “Simurq”la səfərdəki cavab oyununda qolsuz heç-heçə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31