20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Əfran İsmayılov: “Deyirlər ki, səni vətən xaini elan edəcəklər”

Ötən gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra qonaq komandanın yarımmüdafiəçisi Əfran İsmayılov  Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb.
 
Təcrübəli futbolçu əvvəlcə qələbəni şərh edib: “Çətin qələbə qazandıq. Çünki heyətdə çox dəyişiklik var idi. Bizdə birinci, ikinci heyət söhbəti yoxdu. Hamısı eyni səviyyəli futbolçulardı. Yaxşı oyun göstərərək qələbə qazandıq. Ancaq hələ hər şey həll olunmayıb. Finala yüksələn komandanın adı cavab matçından sonra bilinəcək. Düzdü, səfərdə 2:0 hesabı ilə qələbə qazanmışıq, amma Azərbaycanda səfər anlayışı yoxdu. Bakının içində oynayırıq. Futbol gündən-günə inkişaf edir. 0:4 hesabı ilə məğlub olan komanda cavab matçında 6 qol vurur. Əsas odur ki, rahatlaşmayaq. 
 
O, “Qəbələ”nin də kuboka iddialı olduğunu deyib: “Qəbələ” həm çempionluğa, həm də kuboka çox iddialıdı. Ancaq biz bunu fikirləşmirik. Əvvəlcə öz oyunumuzu düşünməliyik. Kim güclüdürsə, o da qalib gəlsin”.
 
İsmayılov millidəki çıxışına görə çox tənqid olunmasına da mübasibət bildirib: “Sosial şəbəkələrdə uzaq adamam. Oradan-buradan eşidirəm ki, söhbəti çox şişirdirlər. Deyirlər ki, səni vətən xaini elan edəcəklər. Bu qədər də yox da. Söhbətin bu qədər şişirdilməsinin yeri yox idi. Düzdü, səhv etdim. Robert Prosineçki və Qurban Qurbanov da bildirdi ki, burada belə etmək lazımdı. Mən də başa düşdüm. Bu qədər söz-söhbətlər mənə təsir etdi. Çoxları deyir ki, qol vurdun. Qarşımızdakı rəqib Almaniyadı. Sizi inandırım ki, rəqib tam gücünü ortaya qoymamışdı. 30-40 faiz gücü ilə oynayırdı. Biz 14-15 km. qaçdıq, amma Toni Kross 3-4... Ağıllı futbol oynayırdılar. Mən istəmirəm ki, Almaniyanı udaq? Bunu hamıdan birinci mən istəyirəm. Kimliyindən asılı olmayaraq, futbolçu sabit oynamır. Almaniyaya qarşı oynadığımız kimi, Şimali İrlandiyaya qarşı oynasaq, bizim üçün yaxşı olacaq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30